Xiaomi Black Shark brendi altında yeni smart saatlarını təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
16.10.2023
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə Xiaomi şirkəti özünün Black Shark brendi altında Watch S1 adlı smart saatını qlobal bazarda təqdim etmişdi. Verilmiş yeni məlumata əsasən şirkət Black Shark brendi altında yeni smart saatlarını təqdim etməyə hazırlaşır. Söhbət, Black Shark Watch S1 Pro və S1 Classic adlı smart saatlardan gedir. Məlumatda qeyd edilib ki, hər iki smart saat dairəvi formalı ekranı, və 3 ədəd idarəetmə düyməsini əldə edəcək.
Bununla yanaşı sözügedən smart saatlar istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş müxtəlif sensorlara və süni zəka funksiyalarına sahib olacaqlar. Təəssüflər olsun ki, bu smart saatların texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, onlar AMOLED ekranı və sudan qorunma özəlliyini əldə edəcəklər. Black Shark S1 Pro ilə S1 Classic-in yaxın günlərdə təqdim olunacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi MIUI-ni MiOS ilə əvəz edəcək
Xiaomi MIUI-ni MiOS ilə əvəz edəcək
Hal hazırda istifadəçilər səbrsizliklə Xiaomi-nin MIUI 15 istifadəçi interfeysini gözləyirlər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!