main-post-cover

    Yaponiya özünün dəniz bazalı rels silahını sərgiləyib (VİDEO)

    Elm & Texnologiya
    24.04.2025
    Emil Nəcəfov
         Yaponiya Özünümüdafiə Qüvvələrinin (JMSDF) məlumatına görə, ölkə dünyada ilk dəfə olaraq dəniz bazalı rels silahını (relsotron) yaradıb və sınaqdan keçirib. Bu elektromaqnit silahın prototiplərinin test edilməsi barədə daha əvvəl də məlumat verilmişdi. İndi isə JMSDF silahın işləmə prosesini əks etdirən videonu və komandanlığın yoxlaması zamanı çəkilmiş görüntüləri paylaşıb. Rels silahları və ya elektromaqnit kütlə sürətləndiriciləri gülləni cərəyan keçirən relslər boyunca hərəkət etdirərək sürətləndirirlər. Gülləni və ya mərmini elektromaqnit sahəsində sürətləndirən Gauss silahlarından fərqli olaraq, rels silahlarında mərminin relslərə birbaşa təması olur ki, bu da relslərin yüksək dərəcədə aşınmasına səbəb olur.
         Halbuki Gauss silahlarında mərmi borunun divarlarına toxunmur. Rels silahının əsas üstünlüyü onun yüksək enerji səmərəliliyidir (effektivliyi 35% və daha çox ola bilər), bu göstəriciyə Gauss silahları çata bilmir. Lakin sonda cihazın effektivliyi onun enerji mənbələrinin - batareyalarının və enerji təchizatı sistemlərinin gücü və tutumundan asılı olacaq. Yaponiyada rels silahının (relsotronun) hazırlanmasına Satınalmalar, Texnologiyalar və Logistika Agentliyi (ATLA) nəzarət edir. Layihə üzərində işlər 2016-cı ildən aparılır. Yalnız son 3 ildə bu layihəyə artıq 46.3 milyard yen (təxminən 300 milyon dollar) xərclənib.
         Silahın texniki xüsusiyyətləri haqqında demək olar ki, heç bir məlumat açıqlanmayıb. Yalnız o bildirilib ki, bu silah 40 mm-lik mərmiləri 6.5 Max (7963 km/saat) sürətinə qədər sürətləndirə bilir və bunun üçün 5 meqacoul enerji impulsundan istifadə edir. Növbəti sınaq mərhələsində atış enerjisinin 20 meqacoula qədər artırılması planlaşdırılır. Qurğu Yaponiyanın Özünümüdafiə Dəniz Qüvvələrinin təcrübi gəmisi olan JS Asuka (ASE-6102) üzərində quraşdırılıb. Hazırda rels silahları ABŞ, Avropa Birliyi ölkələri və Çin tərəfindən də inkişaf etdirilir.
         ABŞ bu sahədə bir qədər yavaşlasa da, Çin elektromaqnit kütlə sürətləndiricisi ideyasını yalnız hərbi sahədə deyil, həm də nəqliyyat və kosmosa yük göndərilməsi kimi sahələrdə praktik tətbiq səviyyəsinə çatdırmaq niyyətindədir. Yaponiyada rels silahlarının prototipləşdirməsinin hazırkı mərhələsində əsas vəzifə kimi hipersəs sürətli silah növlərinə qarşı mübarizə aparmaq göstərilir. Bu vəzifə elektromaqnit sahəsinin gücü ilə mərmini sürətləndirmək çətinliyinə görə yox, mərminin qazandığı son dərəcə yüksək sürətlənmə səbəbindən olduqca mürəkkəb sayılır - bu cür yüklənməyə müasir elektronika tab gətirə bilməyə bilər. Hipersəs silahları manevr edə bildiklərindən rels silahları üçün istifadə olunacaq mərmilər yüksək yüklənmələrə dözümlü və sürətlə işləyən elektron sxemlərlə təchiz edilməlidir.
    Mənbə: New Atlas
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər
    ticaret-muharibesi-tesla-optimus-robotlarinin-istehsalina-mane-ola-biler
    5 dəqiqəyə 520 km məsafəyə yetəcək qədər enerji yığan elektromobil batareyası təqdim edilib
    5-deqiqeye-520-km-mesafeye-yetecek-qeder-enerji-yigan-elektromobil-batareyasi-teqdim-edilib
    İldırımötürücü özəlliyə sahib ilk dron hazırlanıb
    ildirimoturucu-ozelliye-sahib-ilk-dron-hazirlanib
    Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq
    xususi-implant-vasitesile-beyin-dalgalarini-tebii-nitqe-cevirmek-mumkun-olacaq
    Aydakı potensial bazanın inşasında robotlar iştirak edəcəklər
    aydaki-potensial-bazanin-insasinda-robotlar-istirak-edecekler