main-post-cover

    Yaxın zamanda Çin küçələrində süni intellekt ilə işləyən itlər görə bilərik!

    Elm & Texnologiya
    29.03.2024
    Farid Pardashunas
         Çinin Şimal-Qərb Politexnik Universitetinin tədqiqatçıları ölkədəki 17 milyon gözdən əlil insana kömək etmək üçün apardıqları araşdırmalarda böyük irəliləyiş qət ediblər. Belə ki, onlar süni intellekt dil modelindən istifadə edərək inkişaf etdirdikləri bələdçi itinin naviqasiya və yoldaşlıq üçün çox yaxşı vasitə olduğunu hesab edirlər.
         Tədqiqatçıların qeyd etdiyinə görə, bu AI bələdçi iti hətta əvvəlki elektron naviqasiya vasitələrinin məhdudiyyətlərindən belə kənara çıxaraq onları geridə qoyur. Xüsusi tapşırıqlar üçün proqramlaşdırılmış “soyuq maşınlardan” fərqli olaraq, bu süni intellekt yoldaşı insan göstərişlərini başa düşə və hətta onlarla danışa da bilər. Əlavə olaraq, bu süni intellekt yoldaşının küçələr, liftlər və qapalı məkanlar kimi mühitlərdə naviqasiya qabiliyyətinə malik olacağı da bildirilir.
         Universitetin dosenti Sun Zhe açıqlamasında "Dil modelindən istifadə edən ağıllı bələdçi itləri gözdən əlil insanlara daha rahat və təhlükəsiz naviqasiya təklif edə və onların həyat keyfiyyətini effektiv şəkildə yaxşılaşdıra bilər" deyə qeyd edib. Əlavə olaraq, o, ənənəvi bələdçi itlərinin, müstəsna olsa da, təlim üçün baha olduğunu və Çində mövcudluğu məhdud olduğunu söyləyib.
         Tədqiqat qrupu hələ inkişafın ilkin mərhələsindədir, lakin onların Çin Kompüter Cəmiyyətinin Kommunikasiyalarında dərc olunmuş nəticələri konsepsiyanın mümkünlüyünü nümayiş etdirir. Universitet ilə Çin Telekom Süni İntellekt Tədqiqat İnstitutu arasında aparılan əməkdaşlıq səyləri görmə qabiliyyəti zəif olan insanların naviqasiya tərzini dəyişdirmək potensialına malikdir. Geniş miqyasda mənimsənilməsi üçün bir sıra çətinliklər olsa da, tədqiqatçılar bu texnologiyanı daha da inkişaf etdirmək istəyirlər. Üzərində çalışdıqları bu texnologiya tezliklə milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdırmasına və daha çox insanın müstəqil şəkildə hərəkət etməsinə kömək edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT gün ərzində yarım milyon kilovatt saat elektrik enerjisi sərf edir
    chatgpt-gun-erzinde-yarim-milyon-kilovatt-saat-elektrik-enerjisi-serf-edir
    Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"
    elon-musk-2029-cu-ile-qeder-suni-zeka-butun-insanlardan-agilli-olacaq
    Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
    suni-zekanin-komeyile-yaradilmis-derman-insanlar-uzerinde-test-edilir
    Figure 01 adlı robot OpenAI vasitəsilə insanlarla ünsiyyət qurmağı öyrənib (VİDEO)
    figure-01-adli-robot-openai-vasitesile-insanlarla-unsiyyet-qurmagi-oyrenib-video
    Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub
    en-agilli-cat-bot-iq-testinde-insani-geride-qoyub