Yeni elektromobil batareyası 1000 km yol qətt etmə imkanını verəcək
Elm & Texnologiya
26.04.2024
Farid Pardashunas
Pekində keçirilən avtomobil sərgisi çərçivəsində Çinin CATL şirkəti dünyanın Shenxing Plus adlı ilk litium-dəmir-fosfat elektromobil batareyasını təqdim edib. Təqdim edilmiş bu yeni batareya elektromobillərin 1000 km yol qətt etmələrini təmin edə bilər. Yeni batareya özündə olduqca yüksək sıxlıqda enerji saxlama imkanı ilə yanaşı sürətli şarj texnologiyasının dəstəyini də birləşdirir. Shenxing Plus batareyasında mənfi elektrodun enerji sıxlığının artırılması və şarj prosesi zamanı batareya həcminin genişlənməsinin idarəsi üçün üçölçülü mobil materiallardan istifadə edilir.
Nəticədə sözügedən batareyadakı enerji sıxlığı 205 vatt saat/kq təşkil edir. CATL şirkəti bildirib ki, Shenxing Plus batareyasının 1 saniyə ərzində şarj olunması elektromobilin 1 km yol qətt etməsinə bəs edir. Batareyanın 10 dəqiqə ərzində şarj olunması isə elektromobilin 600 km yol qətt edə bilməsinə imkan verir. Müqayisə üçün qeyd etmək lazımdır ki, CATL şirkətinin Shenxing adlı daha öncəki batareyası 10 dəqiqəlik şarj prosesi müqabilində elektromobilin 400 km yol qətt etməsinə imkan verir. Shenxing Plus batareyasının elektromobillərdə nə zaman istifadə ediləcəyi isə bilinmir
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Space Solar şirkəti kosmosda yerləşdirilməsi planlaşdırılan CASSIOPeiA adlı Günəş elektrostansiyası vasitəsilə 2030-cu ilə qədər milyonlarla evi elektrik enerjisi ilə təmin etməyi hədəfləyib.
Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
İnsan beyni yüksək hesablama gücünə sahibdir. Alimlər güman edirlər ki, insan beyni saniyədə 100 milyard əməliyyatın yerinə yetirilməsi sürətinə sahibdir.
Dünyanın ən güclü MRT aparatı ilk beyin fotolarını çəkib (VİDEO)
Dünyanın ən güclü MRT aparatı ilk beyin fotolarını çəkib (VİDEO)
Fransanın Alternativ Energetika və Atom Enerjisi Komissiyası (CEA) Iseult adlı yeni MRT (Maqnit Rezonans Tomoqrafiyası) aparatını təqdim edib.
Səudiyyə Ərəbistanı yarımkeçirilər sahəsində lider ölkə olmağa hədəflənib
Səudiyyə Ərəbistanı yarımkeçirilər sahəsində lider ölkə olmağa hədəflənib
Səudiyyə Ərəbistanında zaman-zaman qeyri-adi layihələr reallaşdırılır. Lakin indi ölkənin ən iddialı layihəsi statusunu Alat şirkətinə vermək olar.
Wi-Fi siqnalı maksimal uzaq məsafəyə ötürülüb (VİDEO)
Wi-Fi siqnalı maksimal uzaq məsafəyə ötürülüb (VİDEO)
Avstraliyanın şəbəkə mikrosxemləri sahəsində fəaliyyət göstərən Morse Micro şirkəti Wi-Fi şəbəkəsi çərçivəsində siqnalın uzaq məsafəyə ötürülməsi mövzusunda rekorda imza atıb.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!