main-post-cover

    Yenicə satışa çıxmış GeForce RTX 5090 videokartlarında problemlər yaşanır

    Elm & Texnologiya
    05.02.2025
    Emil Nəcəfov
         Yenicə satışa çıxmış NVIDIA RTX 5090 videokart seriyasına daxil olan videokart modelləri ciddi problemlərlə üzləşiblər. İstifadəçilər bildirirlər ki, bu yeni videokartları quraşdırdıqdan sonra onların kompüterləri bu videokartları tanımır. Problem əsasən Çin bazarı üçün nəzərdə tutulmuş RTX 5090D modellərini əhatə edir. Lakin bəzi hallarda standart RTX 5090 modellərində də eyni problem müşahidə olunub.
         2000$-dan baha qiymətə satılan bu videokartlar 30 yanvar tarixində satışa çıxarılıb və sürətlə tükənib. Lakin videokartların kompüterlərə quraşdırılmasından qısa müddət sonra istifadəçilərin ekranları qaralmağa və kompüterlər bu qrafik prosessorları tanımamağa başlayıb. Çindəki Chiphell, BilibiliTieba Baidu forumlarında bu problemlə bağlı çoxsaylı şikayətlər yayılıb. Əsas istehsalçılar olan ColorfulManli şirkətləri diqqət mərkəzinə düşüblər.
         Lakin GIGABYTE modelləri ilə bağlı da oxşar problemlər bildirilib. Bundan əlavə, ASUS tərəfindən istehsal olunan adi RTX 5090 modellərində də eyni problemlər müşahidə olunub. Bəzi istifadəçilər müvəqqəti həll yolu olaraq PCIe 5.0 rejimini 4.0-a dəyişməyi tövsiyə edirlər, lakin bu, problemin tam həllini təmin etmir. NVIDIA hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib və bir çox istifadəçi videokartları mağazalara geri qaytarmağı düşünür.
    Mənbə: Wccftech
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek sanksiyalardan yan keçərək gizli şəkildə NVIDIA sürətləndiricilərini əldə etmiş ola bilər
    deepseek-sanksiyalardan-yan-kecerek-gizli-sekilde-nvidia-suretlendiricilerini-elde-etmis-ola-biler
    Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
    donald-trump-ve-digerleri-deepseek-in-ugurlarini-yuksek-qiymetlendiribler
    DeepSeek-in yüksəlişi ilə NVIDIA-nın bazar dəyəri 600 milyard dollar azalıb
    deepseek-in-yukselisi-ile-nvidia-nin-bazar-deyeri-600-milyard-dollar-azalib
    NVIDIA GeForce RTX 5090 Ti videokartı barəsində ilk məlumatlar verilib
    nvidia-geforce-rtx-5090-ti-videokarti-baresinde-ilk-melumatlar-verilib
    Yaxın zamanda NVIDIA GeForce RTX 4070 və RTX 4060 videokartlarının istehsalı dayandırılacaq
    yaxin-zamanda-nvidia-geforce-rtx-4070-ve-rtx-4060-videokartlarinin-istehsali-dayandirilacaq