main-post-cover

    Yer kürəsinin qütblərinə ilk kosmik uçuş uğurla yekunlaşıb

    Elm & Texnologiya
    07.04.2025
    Emil Nəcəfov
         ABŞ-ın aerokosmik şirkəti SpaceX NASA Fram2 adlı özəl missiyanı uğurla başa çatdırıblar. Bu missiya çərçivəsində dörd nəfərlik ekipajla Crew Dragon kosmik gəmisi tarixdə ilk dəfə olaraq qütb orbitinə çıxıb. Astronavtlarla birlikdə kapsul Kaliforniya sahilləri yaxınlığında Sakit okeana eniş edərək Yer qütbləri üzərindən 3 gündən çox davam edən uçuşu başa vurub. “Bizdə Dragon kosmik gəmisinin uğurlu enişi ilə bağlı təsdiq var. Dragon Fram2 ekipajı ilə birlikdə evə qayıtdı” - deyə SpaceX nümayəndəsi enişin canlı yayımı zamanı bildirib. Fram2 missiyası Maltalı kriptovalyuta milyarderi Chun Wang tərəfindən maliyyələşdirilib.
         O, eyni zamanda ekipajın komandiri olub. Onunla birlikdə kosmik səyahətə norveçli kinorejissor Yannike Mikkelsen, almaniyalı Rabea Rogge Eric Phillips qatılıblar. Fram2 missiyası bir neçə gün əvvəl astronavtların Floridadakı Kennedi Kosmik Mərkəzindən Falcon 9 daşıyıcı raketi ilə start götürməsi ilə başlayıb. Kosmosda olduqları müddətdə Fram2 ekipajı 22 elmi təcrübə həyata keçirib. Onlardan biri çərçivəsində kosmosda insanın ilk rentgen görüntüsü çəkilib. “MushVroom” adlı başqa bir təcrübədə mikroqravitasiya şəraitində göbələklərin necə inkişaf etdikləri öyrənilib. Astronavtların Yerə qayıdışından sonra isə insan orqanizminin bərpa proseslərinin araşdırılmasına yönəlmiş daha bir təcrübə aparılıb.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SpaceX-in Crew Dragon kosmik gəmisi mülki ekipajla birlikdə ilk dəfə qütblərə doğru uçuşa yollandı (VİDEO)
    spacex-in-crew-dragon-kosmik-gemisi-mulki-ekipajla-birlikde-ilk-defe-qutblere-dogru-ucusa-yollandi-video
    Beynəlxalq Kosmik Stansiyada təsadüfən qalmış iki astronavt uğurla Yerə qayıdıb
    beynelxalq-kosmik-stansiyada-tesadufen-qalmis-iki-astronavt-ugurla-yere-qayidib
    Beynəlxalq Kosmik Stansiyada təsadüfən qalmış iki astronavt 9 aydan sonra Yerə geri dönürlər
    beynelxalq-kosmik-stansiyada-tesadufen-qalmis-iki-astronavt-9-aydan-sonra-yere-geri-donurler
    Elon Musk gələn il Tesla Optimus robotunu Starship ilə Marsa göndərməyi söz verib
    elon-musk-gelen-il-tesla-optimus-robotunu-starship-ile-marsa-gondermeyi-soz-verib
    NASA, Beynəlxalq Kosmik Stansiyada təsadüfən qalmış iki astronavtın geri qaytarılması tarixini təyin edib
    nasa-beynelxalq-kosmik-stansiyada-tesadufen-qalmis-iki-astronavtin-geri-qaytarilmasi-tarixini-teyin-edib