
Yer üçün təhlükəli hesab edilmiş 2024 YR4 asteroidinin mənşəyi təyin edilib
Elm & Texnologiya
09.04.2025
Emil Nəcəfov
Arxiv.org saytında 2024 YR4 adlı asteroidə dair ilk hərtərəfli qiymətləndirməni təqdim edən bir tədqiqat işi dərc olunub. Bu məqalə astronomiya sahəsində ən nüfuzlu elmi jurnallardan biri olan The Astrophysical Journal Letters üçün hazırlanıb. 2024 YR4 asteroidi Yer ətrafı obyektlərin müşahidə tarixi boyunca planetimiz üçün ən ciddi təhdid hesab olunur və bu səbəbdən böyük marağa səbəb olub. Obyektin ilkin tədqiqi zamanı 2024 YR4-ün potensial təhlükə dərəcəsi 1%-dən 3%-ə qədər yüksəlib. Asteroidin ölçüsünün 90 metrə qədər olduğu ehtimal olunur və əgər bu obyekt Yerə düşsəydi, 50 km radiusda bütün canlıları məhv edə bilərdi.

Hesablamalara görə, asteroidlə mümkün toqquşma 2032-ci ilin 22 dekabrında baş verə bilərdi - məhz həmin gün asteroidin Yerlə trayektoriyasının təhlükəli dərəcədə yaxınlaşacağı ehtimalı var. 2024 YR4 asteroidi üzrə müşahidələr bir sıra yerüstü teleskoplar vasitəsilə aparılıb. Fevral ayında bu müşahidələrə James Webb kosmik teleskopu də qoşulub. Məhz bu teleskop obyektin ölçülərini daha dəqiq müəyyən etməyə imkan verib - 53 ilə 67 metr arasında. Lakin dərc olunmuş tədqiqat işində bu məlumatlar yer almır. Müəlliflər W. M. Keck və Gemini South rəsədxanalarının teleskoplarından istifadə ediblər. Onların müşahidələrinə əsasən, asteroidin ölçüsü 30-65 metr arasındadır ki, bu da Webb teleskopunun nəticələrinə yaxındır.

Asteroidin parlaqlığına əsasən alimlər belə qənaətə gəliblər ki, onun forması qeyri-müntəzəmdir, bir qədər yastılanmışdır və o, tam fırlanmanı 20 dəqiqəyə tamamlayır. Asteroid formasına görə xokkey şaybasını xatırladır. Onun forması tərkibi və mənşəyi barədə də məlumat verir. Tədqiqatçılar hesab edirlər ki, 2024 YR4 karbon əsaslı (boş strukturlu) deyil, daş mənşəli bir obyektdir. Bu isə vacib məqamdır, çünki asteroidin strukturundan onun istiqamətini dəyişmək üçün seçiləcək metod asılıdır - boş quruluşlu obyektə zərbə effekt verməyə bilər. Asteroidin quruluşu və tərkibi onun ehtimal olunan mənşəyini göstərib və bu, alimləri təəccübləndirib. Belə obyektlər adətən Mars və Yupiterin orbitləri arasında yerləşən əsas asteroid qurşağında formalaşır və orada qalırlar.

Yupiterin cazibə qüvvəsi, bir qayda olaraq, bu cür cisimlərin Yerə yaxınlaşmasının qarşısını alır və onları həmin qurşaq daxilində saxlayır. Lakin 2024 YR4 asteroidinə bu qravitasiya maneəsini dəf etmək mümkün olub. Bu isə alimlərdə və ictimaiyyətdə narahatlıq yaradıb. Xoşbəxtlikdən, son müşahidələr 2024 YR4-dən gələn təhlükəni əhəmiyyətsiz saymağa əsas verir. Bununla belə, onun Ayla toqquşma ehtimalı kifayət qədər yüksəkdir və 3%-dən çoxdur. Amma bu, Yer elmi üçün əsl fürsət ola bilər. Əgər asteroid Ayla toqquşsa, Ayın daxili quruluşunu öyrənmək üçün çox qiymətli seysmoloji təcrübə aparmaq, həmçinin asteroid toqquşmasının Ay səthindəki nəticələrini yüksək dəqiqliklə qiymətləndirmək mümkün olacaq.
Mənbə: Arxiv.org
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qara dəliklər bizləri tükənməz enerji mənbəyi ilə təmin edə bilərlər

Qara dəliklər bizləri tükənməz enerji mənbəyi ilə təmin edə bilərlər
Qara dəliklər gələcəkdə bəşəriyyətin enerji problemlərini həll edə biləcək təmiz və demək olar ki, tükənməz enerji mənbəyi ola bilərlər. Fiziklər bu enerjinin hansı şəkildə əldə oluna biləcəyini izah ediblər.
Saturnun peyki Titanda mikroblar mövcud ola bilər

Saturnun peyki Titanda mikroblar mövcud ola bilər
Alimlərin fikrincə, Saturnun peyki olan Titanın üzərində inkişaf etmiş biosfer mövcud ola bilər, çünki orada xüsusilə metandan ibarət qlobal üzvi maddələr okeanı mövcuddur.
Nəsli kəsilmiş canavar növü yenidən həyata qaytarılıb (VİDEO)

Nəsli kəsilmiş canavar növü yenidən həyata qaytarılıb (VİDEO)
Qorxunc canavarlar (direwolf) məşhur “Game of Thrones” serialı sayəsində tanınıblar, lakin bu növ təxminən 12 500 il əvvəl məhv olub. İndi isə biotexnologiya şirkəti olan Colossal Biosciences-in gen mühəndisləri sayəsində bu möhtəşəm yırtıcılar yenidən dünyaya qayıdıb və “dünyada ilk diriltmə nümunəsi” kimi tarixə düşüblər.
Maqnit sahələri qalaktikamızın mərkəzində yeni ulduzların formalaşmasına imkan vermirlər

Maqnit sahələri qalaktikamızın mərkəzində yeni ulduzların formalaşmasına imkan vermirlər
Kainatda demək olar ki, bütün kimyəvi elementlər, o cümlədən həyatın yaranmasından asılı olan elementlər ulduzlardan əmələ gəlib. Bununla belə, onilliklərdir aparılan tədqiqatlara baxmayaraq, ulduzların yaranması prosesinin bəzi aspektləri hələ də aydın deyil.
Yer mənşəli bakteriyalar gələcək Ay bazalarında mühüm rol oynaya bilərlər

Yer mənşəli bakteriyalar gələcək Ay bazalarında mühüm rol oynaya bilərlər
Əgər hər şey plana uyğun getsə, yaxın gələcəkdə insanlar Ayda ilk bazaları inşa etməyə başlayacaqlar. Bu bazalar gələcəkdə insanların daimi yaşayacağı şəhərlərin təməli olacaqlar. Alimlər hesab edirlər ki, bu bazaları və şəhərləri Ay səthini örtən toz - ay reqoliti - vasitəsilə hazırlanan kərpiclərdən inşa etmək mümkündür.
Həftənin xəbərləri

