main-post-cover

    Yerin fırlanmasından enerjinin əldə edilməsi mümkünlüyü yoxlanılıb

    Elm & Texnologiya
    24.03.2025
    Emil Nəcəfov
         ABŞ-dan olan üç fizik, Yer kürəsinin fırlanma enerjisindən istifadə edərək elektrik enerjisi əldə etməyi nəzərdə tutan bir nəzəriyyəni praktik olaraq yoxlamağı təklif ediblər. Onlar tərəfindən yaradılmış xüsusi qurğu, planetin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək 18 mikrovolt elektrik enerjisi hasil edib. Nəticələr hələ digər tədqiqat qrupları tərəfindən təstiqlənməlidir, lakin əgər fiziklərin gəldikləri nəticələr doğru çıxarsa, istehsal olunan enerjinin miqdarını istifadə üçün yararlı səviyyəyə qədər artırmaq mümkünsüz sayılmamalıdır. Christopher Chyba, Thomas Chyba Kevin Hand - Prinston UniversitetiReaktiv Hərəkət Laboratoriyasının tədqiqatçıları - Yer kürəsinin fırlanması və onun maqnit sahəsindən istifadə etməklə elektrik enerjisi generasiyası ideyası üzərində artıq təxminən 10 ildir düşünürlər.
         2016-cı ildə onlar bu imkanları təsvir edən bir məqalə dərc etmişdilər. Lakin tənqidçilər iddia edirdilər ki, bu, mümkün deyil, çünki belə qurğu tərəfindən yaradılan istənilən gərginlik elektrik sahəsinin yaranması zamanı elektronların yenidən düzülməsi nəticəsində dağılacaq. Tədqiqatçılar gərginlik itkisini hər hansı bir yolla qarşısını almağın mümkün olub-olmadığı sualını verdilər. Bunu araşdırmaq üçün onlar manqan-sink ferritindən hazırlanmış silindrik bir qurğu hazırladılar - bu material zəif keçirici olmaqla yanaşı, maqnit ekranı funksiyasını da yerinə yetirir. Onlar silindri şimal-cənub istiqamətində 57 dərəcə bucaq altında yerləşdirdilər ki, o həm Yer kürəsinin fırlanma hərəkətinə, həm də onun maqnit sahəsinə perpendikulyar olsun.
         Daha sonra silindrin hər iki ucuna gərginliyi ölçmək üçün elektrodlar birləşdirildi. Fotoelektrik effektin qarşısını almaq üçün işıq söndürüldükdə, alimlər müəyyən etdilər ki, qurğu 18 mikrovolt elektrik enerjisi generasiya edir - bu enerjinin mənşəyini planetin fırlanmasından başqa heç bir yolla izah etmək mümkün deyil. Phys portalının yazdığına görə, tədqiqatçılar silindrin iki tərəfi arasındakı temperatur fərqi nəticəsində yaranmış ola biləcək gərginliyi də nəzərə alıblar. Onlar həmçinin qeyd ediblər ki, silindrin bucağını dəyişdikdə və ya başqa nəzarət silindrləri istifadə etdikdə heç bir gərginlik yaranmayıb. Alimlərin gəldiyi nəticələr təcrübi təsdiqini gözləyir.
    Mənbə: Phys.org
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təbiət tərəfindən yaradılmış “zaman kapsulları” aşkar edilib
    tebiet-terefinden-yaradilmis-zaman-kapsullari-askar-edilib
    Biofarminq texnologiyası ev şəraitində dərman hazırlamağa imkan verəcək
    biofarminq-texnologiyasi-ev-seraitinde-derman-hazirlamaga-imkan-verecek
    Yerə düşən meteoritlər itirilmiş bir planetin qalıqları ola bilərlər
    yere-dusen-meteoritler-itirilmis-bir-planetin-qaliqlari-ola-bilerler
    Yeni plastik çirklənmə mənbəyi aşkar edilib
    yeni-plastik-cirklenme-menbeyi-askar-edilib
    Zamanın başladığı yer: Qara dəliklərin hara apardıqlarına dair fərziyyə irəli sürülüb
    zamanin-basladigi-yer-qara-deliklerin-hara-apardiqlarina-dair-ferziyye-ireli-surulub