Yupiterin peyki Avropanın incələnməsi üçün olan Europa Clipper aparatı kosmosa göndərilib (VİDEO)
Elm & Texnologiya
16.10.2024
Emil Nəcəfov
SpaceX-in Falcon Heavy raketi NASA-nın Europa Clipper adlı kosmik aparatını kosmosa yola salıb. Qeyd etmək lazımdır ki, bu kosmik aparat Yupiterin Avropa adlı peykinin səthinin və səthaltı okeanının incələnməsi üçün nəzərdə tutulub. Beləliklə kosmosa göndərilmiş Europa Clipper aparatı 6 ildən sonra Yupiter sisteminə çatmalıdır. Sözügedən kosmik aparat NASA tərəfindən hazırlanmış ən böyük kosmik aparat olub. Onun yanacaqla birgə çəkisi 6 ton təşkil edir.
Kosmik aparatın 24 ədəd mühərrikə sahib olmasına baxmayaraq o, iki qravitasiya manevrini (kosmik cisimlərin qravitasiya sahələrinin təsirləri altında kosmik aparatın uçuş trayektoriyası ilə sürətinin məqsədli dəyişimi) reallaşdırmalı olacaq. Birinci qravitasiya manevri 4 ay sonra Mars ətrafında, ikinci qravitasiya manevri isə 2026-cı ildə Yer kürəsi ətrafında baş tutacaq. Nəticədə Europa Clipper 2030-cu ilin aprel ayında Yupiterə çatacaq. Öz elmi missiyasına isə komsik aparat Yupiterə çatdıqdan 1 il sonra başlayacaq. Belə ki, kosmik aparatın orbiti Yuipiterin peyki Avropanın yaxınlığından keçmək üçün uyğun olmalıdır.
Sözügedən peyk Yupiterin 4 ən böyük peykindən biridir. Onun ölçüsü Ayın ölçüsünə bərabərdir. Alimlərin aparmış olduqları müşahidələrə əsasən Avropanın səthinin alt hissəsində nəhəng duzlu okean mövcuddur. Bu isə öz növbəsində Avropada potensial bioloji həyat növünün olduğuna işarə edir. Europa Clipper-in əsas missiyası isə belə potensial ehtimalın sübutlarını aşkar etməkdir. Missiya 100 gündən bir qədər çox müddət üçün nəzərdə tutulub. Lakin onun müddəti uzadıla bilər. Missiya çərçivəsində kosmik aparat peykə 49 dəfə yaxın məsafədən keçəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yupiterin peyki Avropanın səthaltı okeanının müşahidəsi missiyasına yaxın zamanda start veriləcək
Yupiterin peyki Avropanın səthaltı okeanının müşahidəsi missiyasına yaxın zamanda start veriləcək
NASA yaxın həftələr ərzində Yupiterin peyklərindən biri olan Avropanın müşahidəsi üçün nəzərdə tutulmuş Europa Clipper adlı missiyaya start verəcək.
SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)
SpaceX ilk dəfə bir raketi havada yaxalayaraq adını tarixə yazdırıb! (VİDEO)
Kosmik texnologiyalar sektorunda Elon Musk fırtınası əsməyə davam edir. Mechazilla adlanan 2 mexaniki qol, Yerə geri dönən 1200 tonluq gücləndirici raketi havada tutmağı bacarıb.
Nəhəng Milton qasırğası kosmosdan görüntülənib!
Nəhəng Milton qasırğası kosmosdan görüntülənib!
5-ci kateqoriyaya aid olan Milton qasırğası kosmosdan görüntülənib. Qasırğa bütün Meksika körfəzini əhatə edib.
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Mars hazırda həyat üçün əlverişsiz bir yer olsa da, yeni araşdırmalar Qırmızı Planetin bu gün gördüyümüz səhralıq və cansız bir məkana necə çevrildiyini aydınlaşdırır.
Mars həyat üçün münbit şəraitini necə itirib?
Mars həyat üçün münbit şəraitini necə itirib?
Alimlərin Marsda mümkün həyat növü barəsində təsəvvürləri bu planetin müşahidə dövrü ərzində dəfələrlə dəyişib. İlk zamanlarda Mars həyat üçün münbit şəraitə sahib olmayan səhralıq hesab edilirdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!