venera planeti

    Filterlə

    Venera ətrafında Yer üçün təhlükəli asteroidlər mövcuddur

    Alimlər müəyyən ediblər ki, Günəş ətrafında Venera ilə eyni orbitdə fırlanan və Yer üçün potensial təhlükə yaradan asteroidlər mövcuddur.

    Venera Yerə düşünüldüyündən daha çox bənzəyir

    Venera uzun müddət geoloji baxımdan ölü planet hesab olunurdu. Lakin son araşdırmalar göstərir ki, bu belə deyil. Orada səth və qabıqda dəyişikliklərə səbəb olan tektonik proseslər baş verir. Bu isə o deməkdir ki, Venera Yerə əvvəl düşündüyümüzdən daha çox bənzəyir.

    Çinlilər Venera bulud nümunələrini Yerə çatdırmağı planlaşdırırlar

    Venera məlum olan bioloji həyat formaları üçün son dərəcə əlverişsiz bir mühitə malikdir. Onun səthində metal sözün əsl mənasında əriyir. Lakin səthdən xeyli yüksəklikdəki bulud qatlarında bakteriya və mikrobların mövcudluğu üçün əlverişli şərait ola bilər ki, bu da alimləri uzun müddətdir maraqlandırır.

    Yeni araşdırmalara əsasən, Venera planeti haqqında bildiklərimiz yanlış ola bilər!

    Yeni bir araşdırma ilə Veneranın sirrləri ortaya çıxarılarkən planetin heç vaxt yaşayış üçün əlverişli bir yer olmadığı müəyyən edilib. Alimlər planetdə maye suyun olmadığını bildirirlər.

    Venera atmosferində bioloji həyata işarə edən qazlar yenidən aşkar edilib

    Alimlər bildiriblər ki, yerüstü teleskoplar vasitəsilə Venera planetinin yeni müşahidəsi nəticəsində onlar bu planetin atmosferində iki qazı aşkar ediblər. Söhbət, fosfin və ammonyakdan gedir.

    NASA, ilk dəfə kosmosda mahnı ifa edib!

    NASA, hip-hop mahnısını birbaşa kosmosa göndərməklə tarixdə bir ilkə imza atıb. DSN metodundan istifadə edərək Veneraya mahnı göndərən NASA, dərin kosmos missiyaları üçün əsas rabitə sisteminin müvəffəqiyyətlə sınaqdan keçirildiyini bildirib.

    Gələn ilin sonunda Veneraya bioloji həyat növünün axtarışı missiyası göndəriləcək

    Venera planetinin müşahidəsi ilə məşğul olan qrupun bir neçə gün öncə baş tutmuş iclasında Rocket Lab şirkətinin təmsilçisi bildirdi ki, tarixdə ilk dəfə özəl kosmik aparat 2024-cü ilin sonunda Venera planetinə göndəriləcək.