
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
Digər
18.08.2025
Emil Nəcəfov
Azərbaycanın lider mobil operatoru Azercell 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının rəsmi telekommunikasiya tərəfdaşı qismində çıxış edir.
Müsabiqə 31 avqust-5 sentyabr 2025-ci il tarixlərində “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə Bakı şəhərində keçiriləcək.
Dünya Finalında 50-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak edəcək. Beş günlük müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.
Azercell, tərəfdaşlıq çərçivəsində, yarış iştirakçıları və qonaqlar üçün kəsintisiz telekommunikasiya xidmətləri təqdim edəcək. Şirkətin sürətli, etibarlı və dayanıqlı rabitə həlləri tədbir boyunca fasiləsiz əlaqəni təmin edərək kommunikasiya proseslərinin effektiv və səmərəli həyata keçirilməsinə dəstək göstərəcək.
Qeyd edək ki, Azərbaycanlı tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilən Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə edən ilk Azərbaycan komandası olub. Bu il isə ölkəmizi ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək.
Azercell ölkədə rəqəmsal ekosistemin inkişafı, gənclərin İT və İKT sahələrində bacarıqlarının artırılması və Azərbaycanın qlobal texnoloji mövqeyinin gücləndirilməsi istiqamətində belə nüfuzlu beynəlxalq layihələrə dəstək verməyə davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
Mobil operator müştəri məmnuniyyəti üzrə beynəlxalq standartlardan üstün nəticələr əldə edib
Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir

Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
Azercell yeni nəsil rəqəmsal imza texnologiyası olan “SİMA İmza”-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir.
Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir
Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Azərbaycan komandası uğurla çıxış edərək ölkə tarixində ən yüksək nəticəni əldə edib.
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb

Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
Azercell-in dəstəyi ilə paralimpiyaçılar beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər
Azercell-in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

Azercell-in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
Mobil operator qızların İKT sahəsində iştirakının təşviqinə davam edir
Həftənin xəbərləri

