
Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir
Digər
11.08.2025
Emil Nəcəfov
Boliviyanın paytaxtı Sukre şəhərində keçirilmiş 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Azərbaycan komandası uğurla çıxış edərək ölkə tarixində ən yüksək nəticəni əldə edib.
98 ölkədən 300-dən çox məktəblinin iştirak etdiyi olimpiadada Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş medala, 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medallara layiq görülüblər. Ankara liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafatla təltif olunub.
Olimpiada çərçivəsində iştirakçılar iki gün ərzində mürəkkəb alqoritmik tapşırıqları həll edərək analitik düşüncə, problem həll etmə və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. Onların təqdim etdikləri həllər 100 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndirilib.
Azərbaycan 1994-cü ildən etibarən Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunur. Belə ki, məktəblilər 1994–2019-cu illər ərzində ölkəyə beş medal, 2020–2025-ci illərdə isə on bir medal qazandırıblar. Cari ildə əldə edilmiş nailiyyətlər Azərbaycanın bu olimpiadadakı rekord nəticəsi olmaqla yanaşı, iki şagirdin dünya sıralamasında ilk yüzlüyə daxil olması ilə də xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, “Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində artıq səkkiz ildir ki, məktəblilərin beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu təşəbbüs istedadlı gənclərin İT və İKT sahələrində bilik və bacarıqlarının inkişafına, eləcə də onların beynəlxalq müsabiqələrdə uğurlu çıxışlarına töhfə vermək məqsədi daşıyır.
Azercell qalib məktəbliləri təbrik edir, onlara gələcək olimpiadalarda yeni uğurlar arzulayır!
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb

Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
Azercell-in dəstəyi ilə paralimpiyaçılar beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər
Azercell-in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

Azercell-in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
Mobil operator qızların İKT sahəsində iştirakının təşviqinə davam edir
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi

Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
500-ə yaxın müraciətçi arasından 31 tələbə proqramda iştirak hüququ qazanıb
Azercell Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!

Azercell Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!
Lider mobil operator jurnalistlər üçün xüsusi internet kampaniyası təqdim edir
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
Azercell Telekom, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə (QDX) 2025-ci ilin ilk altı ayında 1306 müraciət daxil olub.
Həftənin xəbərləri

