main-post-cover

    Azercell “CyberCell Hackathon”a start verir

    Digər
    20.10.2025
    Emil Nəcəfov
       18-19 oktyabr 2025-ci il tarixlərində Azercell Telekom və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən “CyberCell Hackathon” keçiriləcək. İki gün davam edəcək yarışın məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik  biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini gücləndirməkdir.
       Yarış zamanı iştirakçılar "Red Team" (hücum) və "Blue Team" (müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması, cavablandırılması və qarşısının alınması üçün innovativ həllər hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri vasitəsilə anomaliyaların aşkarlanması, loq analizləri və təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər. 
       “CyberCell Hackathon”a ümumilikdə 200-ə yaxın müraciət daxil olub.  Seçim mərhələsini uğurla keçən 25 komanda yarışda iştirak hüququ qazanıb. Komandalarda ölkənin aparıcı universitetlərinin - Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri yer alır. 
       Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.
        Azercell Telekom “CyberCell Hackathon”-un bütün iştirakçılarına uğurlar arzulayır!
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub
    azercell-in-desteyi-ile-fealiyyet-gosteren-azerbaycan-usaq-qaynar-xettine-2025-ci-ilin-3-cu-rubunde-1600-e-yaxin-muraciet-daxil-olub
    Azercell-in kibertəhlükəsizlik komandası “CIDC-2025 – Critical Infrastructure Defence Challenge” yarışında böyük uğur qazandı!
    azercell-in-kibertehlukesizlik-komandasi-cidc-2025-critical-infrastructure-defence-challenge-yarisinda-boyuk-ugur-qazandi
    Azercell Amazon ilə tərəfdaşlıq qurur
    azercell-amazon-ile-terefdasliq-qurur
    Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur
    azercell-cidc-2025-2-ci-kibertehlukesizlik-konfransinin-sponsorudur
    Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
    azercell-it-ixtisasi-uzre-en-yuksek-netice-gostermis-telebe-qizlari-tebrik-etdi