main-post-cover

    Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

    Digər
    22.10.2025
    Emil Nəcəfov
       18-19 oktyabr 2025-ci il tarixlərində Rumıniya Respublikasının təşkilatçılığı ilə keçirilən “Stars of Informatics” beynəlxalq informatika müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər dörd bürünc medal və həvəsləndirici mükafat qazanıblar. 
       10 ölkədən 120 iştirakçının qatıldığı yarışda Türkiyə Dəyanət Vəqfi liseyinin 10-cu sinif şagirdləri Atilla Mustafa və Ömər Əliməmmədzadə, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov bürünc medala, həmin liseyin 10-cu sinif şagirdi Elay Verdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
       Virtual formatda təşkil edilmiş müsabiqə iki mərhələdən ibarət olub. Hər mərhələdə məktəblilər dörd saat ərzində üç tapşırıq həll edərək analitik düşüncə, alqoritmik problem həll etmə, proqramlaşdırma və vaxtın səmərəli idarə edilməsi kimi bacarıqlarını nümayiş etdiriblər.
      2017-ci ildən etibarən “Azercell Telekom” MMC Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu təşəbbüs nəticəsində gənclər müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma olimpiadalarında iştirak edərək ölkəmizə ümumilikdə 108 medal qazandırıblar.
       Azercell istedadlı gəncləri təbrik edir və onlara gələcək müsabiqələrdə uğurlar arzulayır!
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb
    azercell-in-tesebbusu-ile-yaradilan-qadin-destek-xetti-son-3-ay-erzinde-1094-muraciet-qeyde-alib
    Azercell “CyberCell Hackathon”a start verir
    azercell-cybercell-hackathona-start-verir
    Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub
    azercell-in-desteyi-ile-fealiyyet-gosteren-azerbaycan-usaq-qaynar-xettine-2025-ci-ilin-3-cu-rubunde-1600-e-yaxin-muraciet-daxil-olub
    Azercell-in kibertəhlükəsizlik komandası “CIDC-2025 – Critical Infrastructure Defence Challenge” yarışında böyük uğur qazandı!
    azercell-in-kibertehlukesizlik-komandasi-cidc-2025-critical-infrastructure-defence-challenge-yarisinda-boyuk-ugur-qazandi
    Azercell Amazon ilə tərəfdaşlıq qurur
    azercell-amazon-ile-terefdasliq-qurur