
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
Digər
14.05.2025
Emil Nəcəfov
2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinə ümumilikdə 940 müraciət qeydə alınıb. Bu zənglərin 163-ü psixoloji problemlər, 147-sı hüquqi yardım, 94-ü sosial məsələlər, 48-i təhsil, 17-si səhiyyə hüququ ilə bağlı olub. Zənglərin 471-i ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.
Statistik göstəricilərə əsasən müraciətlərin 48%-i qadın, 27%-i kişi, 25%-i isə anonim şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 547-i 18 yaşdan yuxarı şəxslərdən, 175-i isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.
AUQX-in əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara sosial, psixoloji və hüquqi dəstək göstərmək, müraciətləri müvafiq qurumlara yönləndirmək və zəruri hallarda təxirəsalınmaz yardım təmin etməkdir. 2025-ci ilin ilk rübündə edilən müraciətlər əsasında mərkəzə 28 ailə dəvət olunub, uşaqlarla 89 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Ailələrə ehtiyaclarına uyğun olaraq hüquqi, psixoloji və psixososial dəstək göstərilib, 19 məktəb və ailəyə isə yerində səfərlər təşkil olunub.
Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.
AUQX 18 yaşına çatmamış uşaqları və onların problemi ilə bağlı müraciət edən hər kəsi əhatə edir. 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt, sosial media platformaları və mobil tətbiq vasitəsilə xidmətlə əlaqə saxlamaq mümkündür. Xidmətin əsas prinsipi – məxfilikdir. Məlumatlar yalnız ehtiyac olduqda müraciətçinin razılığı ilə aidiyyəti qurumlara təqdim olunur.
Qeyd edək ki, 2010-cu ildən 2025-ci ilin mart ayınadək Azərbaycan “Uşaq Qaynar Xətt Xidməti”nə ümumilikdə 76,000-dən çox müraciət daxil olub.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə keçid edin.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
Dünyaca məşhur tədris vəsaitinin Azərbaycan nəşri ölkənin rəqəmsal transformasiyasında Azercell-in aparıcı rolunu gündəmə gətirəcək
Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
2025-ci ilin birinci rübündə “Qadın Dəstək Xətti” xidmətinə ümumilikdə 537 müraciət daxil olub. Bu müraciətlərdən 109-u məişət zorakılığı, 57-si nikahın pozulması, 48-i sosial-maddi rifah, 44-ü hüquqi dəstək, 18-i sığınacaqla təmin olunma, 14-ü psixoloji yardım, 13-ü isə səhiyyə hüququ ilə bağlı məsələləri əhatə edib.
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
Lider mobil operator “Baku Flames” Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalının rəsmi tərəfdaşı qismində çıxış edib. Qlobal reklam və kreativ sənaye nümayəndələrinin qatıldığı bu tədbir çərçivəsində Azercell-in təşkil etdiyi “Tatamidən kənarda – Daha yaxşı gələcək naminə mübarizə” adlı panel sessiyası iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
2025-ci il mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü və Azercell-in eksklüziv tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu” uğurla baş tutdu.
“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı

“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
“Azercell Telekom” MMC abunəçilərə təqdim etdiyi bəzi tarif paketilərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib
Həftənin xəbərləri

