main-post-cover

    Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə 2025-ci ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

    Digər
    12.05.2025
    Emil Nəcəfov
       2025-ci ilin birinci rübündə “Qadın Dəstək Xətti” xidmətinə ümumilikdə 537 müraciət daxil olub. Bu müraciətlərdən 109-u məişət zorakılığı, 57-si nikahın pozulması, 48-i sosial-maddi rifah, 44-ü hüquqi dəstək, 18-i sığınacaqla təmin olunma, 14-ü psixoloji yardım, 13-ü isə səhiyyə hüququ ilə bağlı məsələləri əhatə edib. 234 müraciət digər mövzularla bağlı olub. Müraciətlərin geniş spektri “Qadın Dəstək Xətti”nin çətin həyat şəraitində olan qadınlara çevik və peşəkar dəstək göstərmək baxımından mühüm sosial rol oynadığını bir daha nümayiş etdirib.
       “Qadın Dəstək Xətti”nin əsas məqsədi – məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyi təşviq etmək, qadınlara hüquqi məsləhət verən QHT-lərə, reabilitasiya mərkəzlərinə, sığınacaqlara yönəltməklə onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Eyni zamanda, xidmətə müraciət edən qadınlara tibbi yardıma çıxış, məşğulluq imkanları barədə məlumatlandırma və sosial dəstək təklif olunur. Bu proseslər peşəkar psixoloqlar, hüquqşünaslar və sosial işçilər tərəfindən icra edilir. Müraciətlərin operativ həlli məqsədilə zəruri hallarda müvafiq dövlət qurumları, yerli idarəetmə orqanları və sosial xidmət müəssisələri ilə əməkdaşlıq həyata keçirilir. 
        “Qadın Dəstək Xətti” 2022-ci ilin iyul ayından etibarən “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə yaradılıb. Xidmət Azercell, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərir. Layihə çərçivəsində çətin həyat şəraiti və risk altında olan qadınlara 116111 qısa nömrəsi, Facebook və Instagram səhifələri vasitəsilə 24/7 rejimdə dayanıqlı və davamlı yardım göstərilir.
         “Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
    azercell-terefdasligi-ile-kecirilen-baku-flames-festivali-dunyanin-aparici-reklam-ve-yaradiciliq-sahesinin-mutexessislerini-bir-araya-getirdi
    Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
    azercell-in-ekskluziv-terefdasligi-ile-baki-marafonu-2025-bas-tutdu
    “Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
    azercell-telekom-mmc-bezi-tarif-paketlerinin-istifade-sertlerinin-deyismesi-ile-bagli-aciqlama-yaydi
    Azercell və ADA Universiteti Fondunun tərəfdaşlığı çərçivəsində “TechFront” akademiya-sənaye görüşü keçirildi
    azercell-ve-ada-universiteti-fondunun-terefdasligi-cercivesinde-techfront-akademiya-senaye-gorusu-kecirildi
    Azercell-dən “Bahar” kampaniyası
    azercell-den-bahar-kampaniyasi