main-post-cover

    Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

    Digər
    22.07.2025
    Emil Nəcəfov
        Azercell Telekom, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə (QDX) 2025-ci ilin ilk altı ayında 1306 müraciət daxil olub.
        Müraciətlərin təsnifatına əsasən, psixoloji dəstək üzrə 329, məişət zorakılığı halları ilə bağlı 209, hüquqi yardımın göstərilməsi üçün isə 187 müraciət qeydə alınıb. Bununla yanaşı, sosial və maddi rifahla bağlı problemlərlə əlaqəli 150, boşanma prosesində yaşanan çətinliklərlə bağlı 119, sığınacaqla təmin olunma üzrə 73, səhiyyə hüquqlarının təmin olunması üçün isə 15 müraciət daxil olub. Zənglərin 224-ü ümumi xarakterli suallar, xidmət barədə məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.
       QDX-nin psixoloq, hüquqşünas və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə görüşərək ehtiyaclarına uyğun yardım tədbirləri həyata keçirib. Zəruri hallarda qadınlar hüquqi məsləhət və tibbi xidmətlərlə təmin olunmaq üçün aidiyyəti qurumlara, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.
      2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılan Qadın Dəstək Xətti zorakılıqla mübarizədə effektiv psixososial yardım göstərməyi, qadınların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasını təmin etməyi hədəfləyir. Bu məqsədlə xidmət icma əsaslı hüquq klinikaları, dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. 
       Qadınların rifahının yaxşılaşdırılması və təhlükəsiz mühitdə yaşamaları üçün dayanıqlı dəstək platforması rolunu oynayan QDX 116111 qısa nömrəsi, Facebook və Instagram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində yardım göstərməyə davam edir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
    azercell-in-desteyi-ile-fealiyyet-gosteren-azerbaycan-usaq-qaynar-xetti-2025-ci-ilin-ilk-yarisinda-2173-muraciet-qeyde-alib
    “Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
    azercell-cup-2025-proqramlasdirma-musabiqesinin-neticeleri-aciqlandi
    Azercell-in kibermaarifləndirmə təşəbbüsü davam edir
    azercell-in-kibermaariflendirme-tesebbusu-davam-edir
    Azercell telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
    azercell-telekommunikasiya-ve-texnologiya-sirketlerinin-qlobal-alyansina-qosuldu
    Azercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq mükafata layiq görülüb
    azercell-ve-azerbaycan-cudo-federasiyasinin-dogru-yol-budur-sosial-layihesi-beynelxalq-mukafata-layiq-gorulub