Bloger "Minecraft" xəritəsinin sərhədinə çatıb (VİDEO)
Digər
06.10.2025
Emil Nəcəfov
Bloklardan ibarət sandbox (qum qutusu) dünyası olan "Minecraft" sonsuz görünə bilər, lakin texniki məhdudiyyətlər və prosedur əsaslı generasiya xüsusiyyətləri oyun kainatının kənarına səyahəti real, amma çox zəhmətli bir vəzifəyə çevirir. "Minecraft"ın erkən versiyalarında bir xəta mövcud idi - oyunçunun başlanğıc nöqtəsindən 12.5 milyon blok məsafədə nəhəng, qəribə formalı daş divarlar əmələ gəlirdi. Bu divarlar dünyanın sərhədini göstərirdi. Oyun personajının sürəti 4.3 blok/saniyə olduğuna görə, "Minecraft" yaradıcısı Markus Persson-un Uzaq torpaqlar (Far Lands) adlandırdığı bu bölgəyə çatmaq üçün təxminən 135 gün fasiləsiz oyun tələb olunur. Bu səyahəti ilk dəfə 2020-ci ildə KilloCrazyMan ləqəbli streamer tamamlamışdı və Persson tərəfindən pul mükafatı qazanmışdı.
Bir neçə gün əvvəl isə daha bir uzunmüddətli səfər başa çatdı - bloger Kurt J. Mac, yəni KurtJMac, nəhayət Uzaq torpaqlara çatdı. KurtJMac 2011-ci ilin yazında Far Lands istiqamətində yola çıxmış və bu ekspedisiyanı Far Lands or Bust adlı canlı yayımlar seriyasında 14 il boyunca sənədləşdirmişdi. 4 oktyabr tarixində məqsəd nəhayət həyata keçdi. KurtJMac-ın Uzaq torpaqlara çatdığı an videoda əks olunub. Səyahət ərzində bloger xeyriyyə məqsədi ilə 500 000$-dan çox vəsait toplayıb. Teorik olaraq Uzaq torpaqlar Minecraft-da bu gün də mövcuddur, baxmayaraq ki, 1.8 versiyasında (KurtJMac 1.7.3 beta versiyasında oynayırdı) bu generasiya xətası aradan qaldırılıb. Həmin yeniləmə ilə həm də dünyanın dəqiq sərhədi əlavə olunub - başlanğıc nöqtəsindən təxminən 30 milyon blok məsafədə.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Minecraft-da CraftGPT adlı işlək kiçik süni intellekt modeli hazırlanıb (VİDEO)
Minecraft-da CraftGPT adlı işlək kiçik süni intellekt modeli hazırlanıb (VİDEO)
Minecraft oyunu yalnız sizin təxəyyülünüz və yaradıcılıq qabiliyyətlərinizlə məhdudlaşan bir sandbox-dur (qum qutusu) və bu, sammyuri ləqəbli yutuberin videosunda tam şəkildə nümayiş olunur.
İlk dəfə oyun motoruna və ekran kartına ehtiyac duymadan çalışdırıla bilən süni intellekt əsaslı oyun hazırlanıb! (VİDEO)
İlk dəfə oyun motoruna və ekran kartına ehtiyac duymadan çalışdırıla bilən süni intellekt əsaslı oyun hazırlanıb! (VİDEO)
Oyun sənayesi böyük bir dəyişikliklə qarşı-qarşıyadır. Yeni konseptdə ənənəvi oyun mühərriki əvəzinə tamamilə süni intellekt tərəfindən yaradılan və idarə olunan bir Minecraft klonu nümayiş etdirilib.
Həftənin xəbərləri