main-post-cover

    Minecraft-da CraftGPT adlı işlək kiçik süni intellekt modeli hazırlanıb (VİDEO)

    Süni İntellekt
    30.09.2025
    Emil Nəcəfov
         Minecraft oyunu yalnız sizin təxəyyülünüz və yaradıcılıq qabiliyyətlərinizlə məhdudlaşan bir sandbox-dur (qum qutusu) və bu, sammyuri ləqəbli yutuberin videosunda tam şəkildə nümayiş olunur. Oyunçu orijinal Minecraft versiyasındakı redstone materialının mexanikasından istifadə edərək, oyunun içində işləyən funksional kiçik süni intellekt modeli yarada bilib. Əgər əvvəllər Minecraft-da ekstremal mühəndislik nümunələrinə baxmısınızsa, yəqin ki, sammyuri-nin işləri ilə tanışsınız. Onun son layihəsi CraftGPT adlanır və 1020 x 260 x 1656 blokdan (439 milyon) ibarət həcm tutur.
         O, o qədər böyükdür ki, onu videoda nümayiş etdirmək üçün District Horizons moduna ehtiyac duyulub. Kiçik dil modeli 5 087 280 parametrə malikdir və Python üzərində TinyChat məlumat toplusu ilə öyrədilib. Videoya şərh yazan bəzi istifadəçilərin məlumatına görə, CraftGPT dil modeli GPT-1-dən təxminən 23 dəfə, GPT-3-dən isə təxminən 175 000 dəfə kiçikdir. Texniki xüsusiyyətlərin açıqlanmasına baxmayaq, sammyuri CraftGPT-dən gözləntiləri yumşaltmağı tövsiyə edir: model tez-tez mövzudan kənara çıxa, qrammatik cəhətdən səhv cavablar verə və ya sadəcə sorğuya uyğun olmayan cavablar təqdim edə bilər. Bundan əlavə, CraftGPT çox yavaş bir modeldir.
         Minecraft Redstone yüksək performanslı serverindən istifadə edilərək tick rate 40 000 dəfə artırılsa da, CraftGPT bir cavabı təxminən 2 saata yarada bilir. Tick rate artırılmadan cavab gözləmək üçün 10 ildən çox vaxt lazım olardı. CraftGPT-ni sınaqdan keçirmək istəyənlər bütün lazımi faylları GitHub-dan yükləyə bilərlər. Sammyuri ən azı 32 GB RAM-lı, ideal halda isə 64 GB RAM-lı kompüterdən istifadəni tövsiyə edir. GitHub-da həmçinin quraşdırma təlimatları və kiçik dil modelindən maksimum səmərə ilə istifadə üçün bir neçə faydalı məsləhət mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Anthropic Claude Sonnet 4.5 süni intellekt modelini təqdim edib (VİDEO)
    anthropic-claude-sonnet-45-suni-intellekt-modelini-teqdim-edib-video
    Şirkətlər ətraf mühiti daha yaxşı anlamağa qadir olan, “dünya modelləri” adlanan yanaşmalara daha çox diqqət yetirirlər
    sirketler-etraf-muhiti-daha-yaxsi-anlamaga-qadir-olan-dunya-modelleri-adlanan-yanasmalara-daha-cox-diqqet-yetirirler
    Sam Altman ümumi süni intellektin (AGI) 2030-cu ilə qədər ortaya çıxacağını proqnozlaşdırır
    sam-altman-umumi-suni-intellektin-agi-2030-cu-ile-qeder-ortaya-cixacagini-proqnozlasdirir
    Google robotları düşünməyə məcbur edən süni intellekt modellərini hazırlayıb
    google-robotlari-dusunmeye-mecbur-eden-suni-intellekt-modellerini-hazirlayib
    Süni intellekt yaxın gələcəkdə iş yerlərinin çoxunu əvəz etməyəcək
    suni-intellekt-yaxin-gelecekde-is-yerlerinin-coxunu-evez-etmeyecek