DOGE departamenti bağlandı: Elon Musk-dan sonra təşəbbüs dayandırılıb
Digər
24.11.2025
Sevinc Miralizade
Technote.az Mashable platformasına istinadən bildirir ki, ABŞ hökumətində yaradılmış Department of Government Efficiency (DOGE) artıq mövcud deyil. Layihə onun faktiki rəhbəri hesab olunan Elon Musk-ın may ayında vəzifədən ayrılmasından sonra səssiz şəkildə ləğv edilib və yeddi aydan daha tez müddətdə fəaliyyətini dayandırıb.
Reuters yazır ki, ABŞ-nin Office of Personnel Management (OPM) federal hökumətin insan resursları və kadr siyasətinə cavabdeh qurumun direktoru Skott Kupor bu ayın əvvəlində DOGE-un artıq mövcud olmadığını və mərkəzləşdirilmiş qurum kimi fəaliyyət göstərmədiyini təsdiqləyib. Reuters-in əldə etdiyi sənədlərə əsasən, DOGE-a aid olan bir çox funksiyalar artıq OPM tərəfindən icra olunur.
Kupor sonradan X platformasında yayımlanan Reuters xəbərini tənqid etsə də, onun məzmununun doğru olduğunu da təsdiqləyib. O bildirib ki, DOGE təşkilat olaraq həqiqətən də ləğv olunub, lakin departamentin prinsipləri və məqsədləri hökumət daxilində tətbiq edilməyə davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Grok yenilənmədən sonra Elon Musk-ı həddən artıq tərifləməyə başlayıb
Grok yenilənmədən sonra Elon Musk-ı həddən artıq tərifləməyə başlayıb
Grok-un son yeniləməsi çatbotun Elon Musk-ı həddən artıq idealizə etməsinə və sosial şəbəkədə mübahisə yaradan absurd cavablar verməsinə səbəb olub.
Elon Musk-ın siyasi aktivliyi Tesla-nı 1 milyon ədəd elektromobil satışından məhrum edib
Elon Musk-ın siyasi aktivliyi Tesla-nı 1 milyon ədəd elektromobil satışından məhrum edib
Üçüncü rübün statistik göstəricilərində Tesla rekord sayda satılmış elektromobillərlə fərqlənib, lakin bu artım müvəqqəti xarakter daşıyıb və əsasən sentyabrda başa çatmış ABŞ-dakı subsidiyalaşdırma proqramı ilə bağlı olub.
Elon Musk üçün 1 trilyon dollar təzminatdan daha çox Tesla üzərindəki nəzarət önəmlidir
Elon Musk üçün 1 trilyon dollar təzminatdan daha çox Tesla üzərindəki nəzarət önəmlidir
Gələn ay Tesla səhmdarları şirkətin baş direktoru Elon Musk üçün hazırlanmış yeni əməkhaqqı kompensasiya planının lehinə və ya əleyhinə səs verəcəklər. Bu planın bütün hədəflərinə nail olunacağı təqdirdə Musk 1 trilyon dollar əldə edəcək və şirkətdəki payını 25%-ə qədər artırmaq imkanı qazanacaq.
Elon Musk, Wikipedia-nın analoqu Grokipedia-nı istifadəyə verib
Elon Musk, Wikipedia-nın analoqu Grokipedia-nı istifadəyə verib
Elon Musk-ın vəd etdiyi kimi, xAI şirkəti Grokipedia saytını istifadəyə verib - güman edilir ki, süni intellektin köməyi ilə hazırlanmış bu onlayn ensiklopediya illərlə etibar qazanmış Wikipedia-dan daha üstün olacaq. Lakin əslində, yeni platformadakı bəzi səhifələr sadəcə köhnə Wikipedia-dan kopyalanıb.
Elon Musk robot prdusuna güclü nəzarəti əldə etmək istəyir
Elon Musk robot prdusuna güclü nəzarəti əldə etmək istəyir
Noyabrın birinci yarısında Tesla səhmdarları baş direktorun əməyinə görə yeni onillik kompensasiya planının təsdiqi üçün səs verəcəklər. Elon Musk gözlənilmədən bu vəzifədə uzunmüddətli qalmasının lehinə arqument kimi “robot ordusu üzərində güclü nəzarətin qorunması zərurətini” göstərib.
Həftənin xəbərləri