main-post-cover

    Elon Musk, Wikipedia-nın analoqu Grokipedia-nı istifadəyə verib

    Proqram Təminatı
    28.10.2025
    Emil Nəcəfov
         Elon Musk-ın vəd etdiyi kimi, xAI şirkəti Grokipedia saytını istifadəyə verib - güman edilir ki, süni intellektin köməyi ilə hazırlanmış bu onlayn ensiklopediya illərlə etibar qazanmış Wikipedia-dan daha üstün olacaq. Lakin əslində, yeni platformadakı bəzi səhifələr sadəcə köhnə Wikipedia-dan kopyalanıb. Grokipedia-nın dizaynı hələlik sadədir: əsas səhifədə axtarış sətri yerləşir, məqalələrin quruluşu isə Wikipedia-dakı kimi - başlıqlar, altbaşlıqlar və keçidlərdən ibarətdir. Wikipedia-da platformada istifadəçilər səhifələri redaktə edə bilirlər, lakin məlumata görə, Grokipedia-da bu, ya çox çətin, ya da ümumiyyətlə mümkün deyil. Bəzi məqalələrin yuxarı hissəsində “Redaktə et” düyməsi görünür, lakin ona kliklədikdə yalnız edilmiş dəyişikliklər göstərilir - kim tərəfindən edildiyi isə bildirilmir.
         Jurnalistlər öz redaktələrini etməyə çalışsalar da, bu, mümkün olmayıb. Məqalə səhifələrində faktların Grok adlı çat-bot tərəfindən yoxlanıldığı qeyd edilir, baxmayaraq ki, hər bir süni intellekt kimi onun da bəzən hallüsinasiyalara yol verməsi mümkündür. Elon Musk söz verib ki, Grokipedia Wikipedia-nın təkmilləşdirilmiş versiyası olacaq, lakin bəzi məqalələr hələlik köhnə mənbədən sadəcə kopyalanıb. Məsələn, Apple MacBook Air haqqında səhifədə açıq şəkildə qeyd olunur ki, “Material ‘Wikipedia-dan uyğunlaşdırılıb və Creative Commons Attribution-ShareAlike 4.0 lisenziyası altında yayımlanır”.
         Eyni vəziyyət Sony PlayStation 5 konsolu və Lincoln Mark VIII avtomobili haqqında məqalələrdə də müşahidə olunur. Sentyabr ayında xAI Grok süni intellekt çat-botu Wikipedia məqalələrini sadəcə sitat kimi gətirdiyinə görə tənqid olunmuşdu. Şirkətin rəhbəri Elon Musk bunu inkar etmədi, lakin ilin sonuna qədər bu problemi aradan qaldıracaqlarına söz verdi. Grokipedia-dakı bəzi məqalələr, məsələn, qlobal istiləşmə mövzusunda olanlar, ənənəvi baxışı təkrarlamır, əksinə, ekofəalların fəaliyyətini dəyərləndirən alternativ mövqelər təqdim edir. Hazırda v0.1 versiyası kimi qeyd olunan Grokipedia portalında 885 000-dən çox məqalə yerləşdirilib. Müqayisə üçün, ingilis dilli Wikipedia-da bu rəqəm təxminən 7 milyondur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk robot prdusuna güclü nəzarəti əldə etmək istəyir
    elon-musk-robot-prdusuna-guclu-nezareti-elde-etmek-isteyir
    Elon Musk, Tesla Optimus robotları vasitəsilə dünyadakı yoxsulluğu aradan qaldırmaq istəyir
    elon-musk-tesla-optimus-robotlari-vasitesile-dunyadaki-yoxsullugu-aradan-qaldirmaq-isteyir
    Wikipedia süni intellekt əsaslı axtarış sistemləri səbəbilə istifadəçilərini itirir
    wikipedia-suni-intellekt-esasli-axtaris-sistemleri-sebebile-istifadecilerini-itirir
    Elon Musk 1 trilyon dollar təzminat almayacağı təqdirdə Tesla-nın rəhbər vəzifəsindən ayrılacağını açqılayıb
    elon-musk-1-trilyon-dollar-tezminat-almayacagi-teqdirde-tesla-nin-rehber-vezifesinden-ayrilacagini-acqilayib
    Elon Musk Microsoft-un gələcək rəqibi Macrohard layihəsindən danışıb
    elon-musk-microsoft-un-gelecek-reqibi-macrohard-layihesinden-danisib