main-post-cover

    Google əməkdaşı məktəblilərimizə master klass keçdi

    Digər
    11.02.2025
    Emil Nəcəfov
       Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
         Ümumilikdə 6 gün davam edən təlim boyunca məktəblilər beynəlxalq olimpiada formatında keçirilən yarışlara qoşulub, məsələlərin ətraflı izahı və yeni mövzuların müzakirəsi yer alan sessiyalarda iştirak ediblər. 
         Beynəlxalq İnformatika Olimpiadasına (IOI) hazırlaşan iki məktəblimiz 27 yanvar – 4 fevral 2025 il tarixlərlərində Serbiyada təşkil edilən düşərgədə də iştirak ediblər. 
         Xatırladaq ki, 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının bugünədək  qazandığı ümumi medal sayı 84-ə çatıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell şəkili qadın sahibkarları dəstəkləyir
    azercell-sekili-qadin-sahibkarlari-destekleyir
    “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır
    azerbaycan-usaq-qaynar-xett-xidmeti-2024-cu-il-uzre-hesabatini-aciqlayir
    Azercell-dən “Gənclər Günü”nə özəl təklif!
    azercell-den-gencler-gunune-ozel-teklif
    Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi
    azercell-in-desteyi-ile-bakida-dayaniqli-inkisaf-hakatonu-kecirildi
    Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir
    azercell-ve-ada-universiteti-ideya-inkubasiyasi-proqraminin-novbeti-etapina-start-verir