main-post-cover

    Google Messages qalereya ilə bağlı problemi aradan qaldırır

    Digər
    19.11.2025
    Sevinc Miralizade
    Google Messages ümumilikdə rahat və funksional mesencer sayılsa da, bəzi xırda, amma qıcıq yaradan problemlər istifadəçiləri bezdirirdi. Onlardan biri də ilin ortalarından bəri müşahidə olunan qalereya və kamera panelinin çat bölməsində qəfil yoxa çıxması idi. Telefonu bir anlıq üfüqi vəziyyətə tutmaq kifayət edirdi ki, panel it-bat olsun.
    Android Authority-nin məlumatına görə, Google bu problemi yaxın zamanda həll edəcək. Messages tətbiqinin 20251114 beta versiyasını araşdırılarkən, auto-rotate ilə bağlı bu qüsurun düzəldiləcəyini göstərən kod hissələri aşkarlanıb. Hətta test zamanı həmin düzəlişi aktivləşdirərək qalereya və kamera panelinin yenilənmiş portret və üfüqi görünüşlərini görüntüləməyi də bacarıblar. Görünən odur ki, Google Messages istifadəçiləri bu yorucu xətadan nəhayət ki, qurtarmaq üzrədir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini 3-ü təqdim edib
    google-gemini-3-u-teqdim-edib
    Süni intellekt əsaslı axtarış sistemləri məşhur olmayan mənbələrə daha çox üstünlük verirlər
    suni-intellekt-esasli-axtaris-sistemleri-meshur-olmayan-menbelere-daha-cox-ustunluk-verirler
    Android təhlükəli tətbiqləri daha yaxşı təyin edəcək
    android-tehlukeli-tetbiqleri-daha-yaxsi-teyin-edecek
    Google Photos istifadəçi fotolarını memlərə çevirə biləcək
    google-photos-istifadeci-fotolarini-memlere-cevire-bilecek
    Google Gemini foto redaktəsi sahəsində Adobe-un həlləri ilə rəqabət aparır
    google-gemini-foto-redaktesi-sahesinde-adobe-un-helleri-ile-reqabet-aparir