main-post-cover

    Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub

    Digər
    21.05.2025
    Emil Nəcəfov
       Ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub.
       Tədbirlər çərçivəsində baş tutan “Universitet-sənaye əlaqələri” forumunda Kapital Bank-ın Gəncə filialının müdiri Vüqar Paşayev spiker qismində çıxış edib. Vüqar Paşayev Forum iştirakçıları ilə öz karyera yolu, bank sektorunda karyera imkanları, gənclərin bu sahədə inkişafı üçün vacib bacarıqlar və şəxsi keyfiyyətlər barədə fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb. Panel müzakirəsi formatında keçirilən forumun məqsədi universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələri iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera istiqamətində dəstək göstərmək olub.
        Bununla yanaşı, Kapital Bank ali təhsil müəssisəsində keçirilən Karyera sərgisində də təmsil olunub. Sərgi zamanı bankın stendinə yaxınlaşan tələbələrə bankda mövcud vakansiyalar, təcrübə proqramları və gənclərə yönəlik karyera imkanları barədə ətraflı məlumat verilib. 
       Tədbirlərin davamı olaraq keçirilən Karyera təlimlərində isə Kapital Bank-ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova “Karyera inkişafı və şəxsi brendin yaradılması” mövzusu ilə çıxış edib. Dördüncü kurs tələbələri düzgün karyera seçimi, müsahibəyə hazırlıq və müsahibə mərhələsində uğur qazanmaq mövzularında praktiki tövsiyələr alıblar. 
         Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
    kapital-bank-international-investor-terefinden-daha-bir-mukafata-layiq-goruldu-en-yaxsi-kommersiya-banki-2025
    Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
    birbank-biznes-qebelede-sahibkarlarla-bir-araya-geldi
    Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
    umico-kredit-xettinin-istifadecileri-ucun-xususi-kampaniya-komissiyasiz-alis-veris-imkani
    Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun
    birbank-biznes-den-xanim-sahibkarlar-ucun-daha-bir-furset-shes-next-tesebbusune-qosulun-15-000-azn-qazanmaq-sansina-sahib-olun
    Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
    kapital-bank-da-telebeler-ucun-maliyye-ve-musteri-tecrubesi-telimleri-kecirildi