kapital bank

    Filterlə

    Birbank Bahar lotereyasının qalibləri bəlli oldu

    Birbank növbəti dəfə müştərilərinə unudulmaz hədiyyələr qazandırdı! 11 mart-15 may 2025-ci il tarixlərində keçirilən Birbank Bahar lotereyası başa çatdı və qaliblər bəlli oldu.

    Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

    Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına yönələn “Leading for Organizational Impact” proqramına start verib.

    Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub

    5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” həmrəylik marafonu keçirilib.

    “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi

    2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib. “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsepti ilə baş tutan forum Qarabağ bölgəsində təhsilin və insan kapitalının inkişafına həsr olunmuş aparıcı platforma olaraq çıxış edib.

    Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

    1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür” sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb.

    Kapital Bank rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü

    Ölkənin birinci bankı Kapital Bank Visa şirkətinin keçirdiyi qiymətləndirmədə 4 nominasiya üzrə mükafat qazanıb. Bu mükafatlar Kapital Bank-ın müxtəlif hədəf qruplarına yönəlik yenilikçi və funksional həllərinin uğurla tətbiq olunduğunu bir daha təsdiqləyir.

    Birbank-da Yığım hesabı: pulunuz illik 7% gəlir gətirsin

    Birbank-lılar artıq daha çox qazanırlar. Bankın yeni məhsulu, Yığım hesabı müştərilərə illik 7% gəlir və hesablanan faizə faiz qazanmaq şansı yaradır. Dollar valyutasında isə bu qazanc 2.5% təşkil edir. Məhsulun ən cəlbedici tərəfi gəlirlərin gündəlik hesablanmasıdır.

    Kapital Bank-ın 30 000 000 AZN həcmində istiqrazlarının yerləşdirilməsi başa çatdı

    Kapital Bank-ın ümumi dəyəri 30 000 000 (otuz milyon) AZN olan və yüksək gəlirlilik təklif edən istiqrazlarının abunə yazılışı 21 may 2025-ci il tarixində Bakı Fond Birjasında başa çatıb.