Kapital Bank bu il də “Sibos 2025”də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib
Digər
29.09.2025
Emil Nəcəfov
Azərbaycanın aparıcı maliyyə qurumu olan Kapital Bank 29 sentyabr tarixində Frankfurt şəhərində start götürən dünyanın ən nüfuzlu maliyyə tədbiri olan “Sibos 2025”dəki iştirakına başlayıb. Tədbirin ilk günündən etibarən bankın nümayəndə heyəti qlobal maliyyənin gələcəyini formalaşdıran müzakirələrdə aktiv iştirak edir.
Dörd gün davam edəcək tədbir çərçivəsində Kapital Bank-ın beynəlxalq tərəfdaşlıqları gücləndirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə dünyanın aparıcı bankları ilə bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Görüş planlaşdırılan banklar arasında “ODDO BHF”, “First Abu Dhabi Bank”, “Banco BPM”, “Mashreq Bank”, “QNB”, “Standard Chartered”, “Raiffeisen Bank International”, “BNY Mellon” və “Bayerische Landesbank” kimi maliyyə nəhəngləri yer alır.
Bu görüşlərin əsas məqsədi mövcud əməkdaşlıqların dərinləşdirilməsi, xəzinədarlıq, ticarətin maliyyələşdirilməsi və beynəlxalq hesablaşmalar sahəsindəki ən son trendlərin müzakirəsi, eləcə də Azərbaycanın maliyyə bazarı üçün yeni imkanların yaradılmasıdır.
Kapital Bank-ın Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev tədbirlə bağlı öz fikirlərini bölüşüb: “Sibos bizim üçün sadəcə bir tədbir deyil, qlobal maliyyə ekosisteminin bir parçası olduğumuzu təsdiqləyən strateji bir platformadır. Bu il də tədbirdə çox zəngin gündəliklə iştirak edirik. Planlaşdırdığımız görüşlər beynəlxalq tərəfdaşlıqlarımızı gücləndirməklə yanaşı, həm də ən qabaqcıl təcrübələri və innovasiyaları ölkəmizə gətirməmizə imkan verəcək. İnanırıq ki, bu dialoqlar həm Kapital Bank-ın, həm də bütövlükdə Azərbaycanın maliyyə sektorunun qlobal arenadakı mövqeyini daha da möhkəmləndirəcək”.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır
Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır
Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır.
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
Ölkənin birinci bankı Kapital Bank müştəri məmnuniyyəti və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi “Müştəriyönümlü transformasiya” layihəsi ilə beynəlxalq arenada növbəti böyük uğura imza atıb.
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı.
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
29-30 sentyabr 2025-ci il tarixində paytaxt Bakıda nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 baş tutacaq. PAŞA Holdinq-in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır.
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
Birbank Biznes tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək məqsədilə təqdim olunan “She’s Next” biznes kartı istifadəçilərə müxtəlif imkanlar yaradır. Bu eksklüziv kart həm hüquqi şəxslər, həm də fərdi sahibkar statusuna malik xanımlar üçün nəzərdə tutulub.
Həftənin xəbərləri