
Kapital Bank-ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
Digər
22.07.2025
Emil Nəcəfov
Təhsil işçilərinin maliyyə əlçatanlığı artıq daha rahat oldu. Belə ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə çoxfunksional TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu.
Təqdimat mərasimində çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov TəhsilPlus kartının üstünlüklərini vurğulayıb. O, qeyd edib ki, kart təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə, onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə bu kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və gələcəkdə 450 min nəfəri əhatə etməsi planlaşdırılır.

Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. “Bizim üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və bu istiqamətdə atılan hər bir addımı gələcəyə sərmayə kimi qiymətləndiririk. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə uzun illərdir davam edən əməkdaşlığımız var. Keçən il Təhsilin İnkişafı Fondu ilə birlikdə tələbələr üçün TələbəPlus kartını təqdim etdik. Bu gün artıq 200 mindən çox tələbəmiz bu kartdan aktiv şəkildə faydalanır. Bu gün isə daha böyük bir addım atırıq və daha geniş bir auditoriyanı əhatə edən TəhsilPlus kartını təqdim edirik. Bu kart vasitəsilə yüzminlərlə müəllim və təhsil işçisi müxtəlif güzəştlərdən və üstünlüklərdən yararlana biləcək. Məqsədimiz sadəcə maliyyə əlçatanlığı deyil, müəllimlərimizin gündəlik həyatına dəyər qatacaq imkanlar yaratmaqdır. Biz inanırıq ki, təhsil sahəsinə qoyulan investisiya ölkəmizin gələcəyinə qoyulan ən böyük sərmayədir”.
Qeyd edək ki, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim edən TəhsilPlus kartı yeni tədris ilində istifadəçilərə təqdim ediləcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi

Birbank Biznes-in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşdi
Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekunlaşdı. Layihə sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes və rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.
Kapital Bank 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib
Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 iyul 2025-ci il tarixinə 12.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.3 milyard manat olub.
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi-nin mühüm parçası olan aparıcı onlayn alış-veriş platforması Umico rebrendinq edərək müştərilərinə Birmarket adı ilə xidmət göstərir.
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.
Həftənin xəbərləri

