
“Kontakt” Avropanın №1 elektronika birliyinə üzv oldu
Digər
29.07.2025
Emil Nəcəfov
“Kontakt” mağazalar şəbəkəsi Qafqaz regionunda bir ilkə imza ataraq Avropanın ən böyük elektronika ittifaqı – “Euronics”in rəsmi tərəfdaşı seçildi. İttifaqa üzvlük yerli bazarda lider mövqeyə sahib, rəsmi və keyfiyyətli dünya brendləri ilə partnyorluq edən, həmçinin müştəri yönümlü fəaliyyət prinsiplərinə əsaslanan şirkətlərə təqdim olunur.
“Euronics”lə əməkdaşlıq “Kontakt”a Avropa təcrübəsini ölkə bazarında tətbiq etmək, eyni zamanda öz bilgi və yanaşmalarını beynəlxalq platformada bölüşmək imkanı yaradır. Artıq kontakt.az saytında “Euronics nişanı” da bu əməkdaşlığı rəsmi şəkildə əks etdirir.
Müştərilər üçün hansı üstünlüklər var?
“Euronics” üzvlüyü sayəsində "Kontakt" daha geniş məhsul seçimi, sərfəli şərtlər, eləcə də xidmət və dəstək sahəsində əlavə güclənmə fürsətləri əldə edir.
“Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə bu partnyorluğu belə dəyərləndirir:
“Müştəri xidmətlərinə Avropa dəyəri qatmaq bizim üçün həm məsuliyyətli, həm də həyəcanverici bir mərhələdir. Qürurla deyə bilərik ki, bu gündən müştəri mərkəzli yanaşmamız Avropa təcrübəsi ilə daha da möhkəmlənir”.
“Euronics” – Avropanın 37 ölkəsində, 7000-dən çox müstəqil mağazanı bir çətir altına toplayan və etibarlı texnologiyanı geniş istehlakçı auditoriyasına çatdıran pərakəndə güclərin birləşdiyi bir mərkəzdir. Bu qlobal təşkilatın əsas missiyası isə elektronika məhsullarını rəsmi və keyfiyyətli təchizatçılardan yüksək xidmət səviyyəsi ilə təmin etməkdir.
“Kontakt” – Azərbaycanda 50-dən çox mağaza və 100-dən artıq beynəlxalq brendin rəsmi partnyorluğu ilə illərdir regionda öz liderliyini qoruyub saxlayır. Üstəlik, ölkə sərhədlərini aşan şəbəkə Gürcüstanda 4 mağaza olaraq fəaliyyət göstərir və ilsonuna kimi fəaliyyət zonalarını bir qədər də genişləndirməyi hədəfləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Artıq Qaradağda da bir “Kontakt” var – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!

Artıq Qaradağda da bir “Kontakt” var – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
“Kontakt” mağazalar şəbəkəsi alıcılarına addımbaaddım daha da yaxınlaşır. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsindən indi təkcə dəniz küləyi yox, həm də yeni “Kontakt” sədası gəlir.
“Kontakt” heç yerə getmədən cəmi 2 dəqiqəyə kredit almaq imkanı yaradır

“Kontakt” heç yerə getmədən cəmi 2 dəqiqəyə kredit almaq imkanı yaradır
Müştəri rahatlığını daim ön planda tutan “Kontakt” bu dəfə “SİMA” rəqəmsal imza ilə birgə kredit prosesini tamamilə onlayn və sürətli formata keçirir. Belə ki, şəbəkə çox yaxın zamanda müştərilərinə heç bir yerə getmədən, cəmi 2 dəqiqəyə kreditlə məhsul almaq imkanı yaradır.
"Kontakt" artıq Ağstafaya gəldi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!

"Kontakt" artıq Ağstafaya gəldi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
Azərbaycanın aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” fəaliyyət coğrafiyasını genişləndirməyə davam edir. Bu dəfə şəbəkə yeni ünvan olaraq Ağstafa şəhərini seçib.
“Kontakt” Naxçıvan mağazasının açılışını Aygün Kazımova ilə etdi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

“Kontakt” Naxçıvan mağazasının açılışını Aygün Kazımova ilə etdi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
Bu günlərdə Naxçıvan böyük bir hadisəyə ev sahibliyi etdi: çünki “Kontakt” Naxçıvandakı mağazasının qapılarını tam rəsmi şəkildə müştərilərinin üzünə açdı. Uzun zamandır səbirsizliklə gözlənilən bu açılış tədbiri Azərbaycanın pop musiqisinin kraliçası – Aygün Kazımovanın iştirakı ilə daha da yaddaqalan oldu.
“Kontakt” Elmlərə gəldi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

“Kontakt” Elmlərə gəldi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
Bakının tələbə nəfəsli mərkəzlərindən - Elmlər bu dəfə zəng səsi ilə deyil, sevinci dolu anlarla gündəmə gəlib. Buna səbəb isə sevindirən şəbəkə “Kontakt”ın bir neçə gün əvvəl Elmlər ərazisində ilk mağazasını açması oldu.
Həftənin xəbərləri

