Microsoft Fayl Menecerini daha sürətli açılacaq şəkildə yeniləyir
Digər
24.11.2025
Sevinc Miralizade
Technote.az "The Verge” platformasına istinadən bildirir ki, Microsoft Windows 11-dəki File Explorer üçün həm performans, həm də istifadə rahatlığını artıran vacib dəyişikliklər hazırlayır. Son Dev önizləmə versiyalarında File Explorer-in əvvəlcədən yüklənməsi funksiyası əlavə edilib ki, bu da xüsusilə zəif performanslı cihazlarda tətbiqin daha sürətli açılmasına kömək edir.
Müasir kompüterlərdə File Explorer demək olar ki, dərhal açılır, lakin daha zəif Windows planşetlərində və "handheld" cihazlarda açılışın ləngidiyi hallara tez-tez rast gəlinir. Yeni "preloading" funksiyası ilə bu problem minimuma enəcək. İstifadəçilər istəsələr, bu funksiyanı söndürə də biləcəklər, çünki əksər güclü kompüterlərdə File Explorer-i əvvəlcədən yükləməyə ehtiyac yoxdur. Microsoft bu yanaşmanı daha əvvəl Word kimi Office tətbiqlərinin açılış sürətini artırmaq üçün də istifadə etmişdi.
Bundan əlavə, Microsoft kontekst menyusunu da səliqəyə salır. Az istifadə edilən əmrlər artıq alt menyulara köçürülür və nəticədə sağ düymə menyusu daha təmiz və daha anlaşılan görünür. Yeni “manage file” bölməsinə ZIP arxiv yaratmaq, fayl yolunu kopyalamaq, masaüstü fonu olaraq təyin etmək, şəkli sağa və ya sola çevirmək kimi əmrlər daxildir. Bulud xidmətləri ilə bağlı əmrlər isə ayrıca “cloud provider” alt menyusunda yerləşdiriləcək və buradan “Send to My Phone” seçimi də əlçatan olacaq. Bu dəyişikliklər hazırda Windows 11-in Dev versiyalarında test edilir və 2026-cı ilin əvvəllərində bütün istifadəçilərə təqdim olunması gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Anthropic-in AI yarışında mövqeyi möhkəmlənir
Anthropic-in AI yarışında mövqeyi möhkəmlənir
Microsoft və Nvidia şirkətləri Anthropic-ə 10 milyard dollardan çox investisiya ayıraraq şirkətin bulud və AI infrastrukturunu genişləndirir.
Microsoft Windows-da yeni təhlükəsizlik və bərpa funksiyalarını elan edib
Microsoft Windows-da yeni təhlükəsizlik və bərpa funksiyalarını elan edib
Şirkət bildirir ki, süni intellekt agentlərinin genişləndiyi dövrdə etibar, təhlükəsizlik və dayanıqlılıq Windows-un əsas prioritetidir.
Microsoft Copilot üçün Mico adlı süni intellekt köməkçisini təqdim edib
Microsoft Copilot üçün Mico adlı süni intellekt köməkçisini təqdim edib
Demək olar ki, 30 il əvvəl kult halına çevrilmiş “sancaqlı köməkçi” Clippy-nin yaranmasından sonra Microsoft yenidən virtual assistentlərlə sınaqlar aparmağa başlayıb - bu dəfə süni intellekt əsasında.
Microsoft Edge hamı üçünm süni intellekt əsaslı brauzerə çevrilib
Microsoft Edge hamı üçünm süni intellekt əsaslı brauzerə çevrilib
Microsoft rəsmi olaraq Edge brauzerində Copilot Mode funksiyasının istifadəyə verildiyini elan edib. Süni intellektlə işləyən bu köməkçi veb səhifələrə baxışı idarə edən vahid mərkəzə çevrilir: hər bir qovluqla birlikdə söhbət pəncərəsi açılır və burada sual vermək, axtarış aparmaq və ya sadəcə URL ünvanı daxil etmək mümkündür.
Windows 11-dəki Paint fotonun üslubunu bir kliklə dəyişməyi öyrənib
Windows 11-dəki Paint fotonun üslubunu bir kliklə dəyişməyi öyrənib
Bu həftə Microsoft Windows 11 əməliyyat sisteminin Release Preview kanalında olan istifadəçilər üçün yeni sınaq versiyasını yayımlayıb. Bununla yanaşı, proqram təminatı nəhəngi süni intellektə əsaslanan əlavə funksiyaları özündə birləşdirən Paint 11.25009.441.0 adlı qrafik redaktorun yeni versiyasını təqdim edib.
Həftənin xəbərləri