main-post-cover

    Anthropic-in AI yarışında mövqeyi möhkəmlənir

    Süni İntellekt
    20.11.2025
    Sevinc Miralizade
     Technote.az Ars Technica-ya istinadən bildirir ki, süni intellekt sahəsində rəqabət getdikcə daha da qızışır və texnologiya nəhəngləri Anthropic-ə milyard dollarlıq yeni investisiyalar ayırmaqla AI ekosistemində mövqelərini gücləndirir.
     Microsoft və Nvidia şirkətləri Claude süni intellekt modelinin yaradıcısı Anthropic ilə yeni strateji tərəfdaşlıq elan ediblər. Bu razılaşmaya uyğun olaraq Anthropic Microsoft-un bulud xidmətlərindən istifadə etmək üçün 30 milyard dollarlıq öhdəlik götürüb. Nvidia şirkətə 10 milyard dollara qədər, Microsoft isə 5 milyard dollara qədər sərmayə yatıracaq və hər iki şirkət Anthropic-in növbəti investisiya raundunda iştirak edəcək.
     Bu razılaşma həmçinin OpenAI-ı dəstəkləyən iki texnologiya nəhəngini ChatGPT-nin əsas rəqiblərindən biri olan Anthropic ilə daha da yaxınlaşdırır. Microsoft-un CEO-su Satya Nadella verdiyi açıqlamada bildirib ki, OpenAI şirkətin “kritik tərəfdaşı” olaraq qalsa da, Microsoft və Anthropic qarşılıqlı şəkildə bir-birinin xidmətlərindən aktiv şəkildə istifadə edəcək:
     “Biz Anthropic modellərindən istifadə edəcəyik, onlar isə bizim infrastrukturumuzdan yararlanacaqlar və bazara birlikdə çıxacağıq”, - deyə Nadella qeyd edib.
     OpenAI CEO-su Sam Altman bildirib ki, şirkət uzunmüddətli perspektivdə 30 giqavatt hesablama gücünün yaradılması üçün 1,4 trilyon dollar xərcləməyi planlaşdırır. D.A. Davidson analitiki Gil Luria Reuters-ə açıqlamasında bildirib ki, Microsoft-Anthropic tərəfdaşlığının əsas məqsədi AI iqtisadiyyatında OpenAI-a olan asılılığın azaldılmasıdır. Yeni əməkdaşlıq çərçivəsində Anthropic, Nvidia ilə birlikdə performansı artırmaq üçün çiplər və modellər üzərində işləyəcək və şirkət Nvidia-nın Grace Blackwell və Vera Rubin arxitekturaları əsasında 1 giqavattlıq hesablama gücünə öhdəlik götürəcək. Microsoft isə Azure AI Foundry müştərilərinə ən son Claude modellərinə çıxış imkanı təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nvidia üçüncü rübdə rekord gəlir əldə edib
    nvidia-ucuncu-rubde-rekord-gelir-elde-edib
    Avropa öz məxfilik və süni intellekt qanunlarını geri çəkir
    avropa-oz-mexfilik-ve-suni-intellekt-qanunlarini-geri-cekir
    Nvidia yaddaş strategiyasını dəyişir, serverlər smartfon yaddaşına keçir
    nvidia-yaddas-strategiyasini-deyisir-serverler-smartfon-yaddasina-kecir
    Microsoft Windows-da yeni təhlükəsizlik və bərpa funksiyalarını elan edib
    microsoft-windows-da-yeni-tehlukesizlik-ve-berpa-funksiyalarini-elan-edib
    OpenAI 2028-ci ilə qədər süni intellekt tədqiqatçısını yaratmağı planlaşdırır
    openai-2028-ci-ile-qeder-suni-intellekt-tedqiqatcisini-yaratmagi-planlasdirir