Tesla "xəstəyəm" deyərək işə gəlməyənlərin evlərinə basqın edir!
Digər
27.09.2024
Farid Pardashunas
Elektrik avtomobili nəhəngi Tesla-nın Almaniyadakı Grünheide fabrikasında çalışan işçilər, şirkətin mübahisəli bir tətbiqi ilə üz-üzədirlər: Daim işdən çıxış vərəqəsi alan işçilərin evlərinə xəbərsiz ziyarətlər təşkil edən Tesla rəhbərliyi, bu davranışı səbəbilə böyük etirazlarla qarşılanıb.
Fabrika müdiri Andre Thierig, Alman Mətbuat Agentliyinə verdiyi açıqlamada bu tətbiqi müdafiə edərək, “Biz iş qüvvəsinin əxlaqına təsir etmək istədik. Ev ziyarətləri qeyri-adi deyil, bir çox şirkət bunu edir” sözlərini ifadə edib. Ancaq IG Metall həmkarlar ittifaqı bu yanaşmanı "mənasız" adlandırıb və fabrikanın onsuz da yüksək iş yükünə sahib olduğuna diqqət çəkib. Handelsblatt qəzetinin xəbərinə görə, ötən həftə keçirilən işçi yığıncağında fabrika müdiri Thierig və insan resursları müdiri Erik Demmler, daim işdən çıxış vərəqəsi alan işçiləri "şərəfsizlikdə" günahlandırıblar. Bu ifadələr işçilər arasında böyük narahatlıqlar yaradıb.
Thierig, ev ziyarətlərinin səbəbini izah edərkən bildirib ki, "Yay aylarında çıxış vərəqəsi faizləri 15%-ə qədər yüksəlib. 200-ə yaxın işçi var ki, bu il ümumiyyətlə işləməyib, hər 6 həftədən bir yeni çıxış vərəqəsi təqdim edir". Rəhbərlik, bu vəziyyətdən narazı olan digər işçilərin geri bildirimlərinə əsasən hərəkət etdiklərini iddia edir. Lakin həmkarlar ittifaqı bu tətbiqin hüquqi və etik baxımdan problemli olduğunu vurğulayır. Əmək hüququ üzrə mütəxəssislər işəgötürənlərin işçilərin şəxsi həyatına bu dərəcədə müdaxilə etmə haqqının olmadığını qeyd edirlər.
Tesla-nın bu mübahisəli tətbiqi, şirkətin işçi hüquqları mövzusundakı mövqeyini yenidən gündəmə gətirib. Alman iş dünyasında böyük səs-küyə səbəb olan bu hadisə, işçi hüquqları və iş yeri qaydaları ilə bağlı yeni müzakirələrə yol açıb. Mütəxəssislər, şirkətlərin davamiyyət problemlərini həll etmək üçün daha konstruktiv üsulları mənimsəməsi lazım olduğunu vurğulayırlar. İş-həyat balansı, işçi motivasiyası və sağlam iş mühiti yaratmağın uzun müddətdə həm şirkətlər, həm də işçilər üçün daha faydalı olacağı bildirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
Tesla avtomobili, qəzaya uğradıqdan sonra bomba kimi partlayıb!
ABŞ-da bir Tesla, qəzadan sonra bomba kimi partlayıb. Avtomobildə olan sərnişinlər isə dünyalarını dəyişiblər.
Sürücülər məhdud avtopilotdan istifadə halında da yola nəzarət etmirlər
Sürücülər məhdud avtopilotdan istifadə halında da yola nəzarət etmirlər
Tesla şirkətinin bizləri nə dərəcədə inandırmağa çalışmasına baxmayaraq müasir avtomobillər yüksək səviyyəli avtopilot sisteminə sahib deyillər.
Tesla şirkəti Robotaxi layihəsinin təqdimatını anons edib
Tesla şirkəti Robotaxi layihəsinin təqdimatını anons edib
Təqdimat Warner Bros. film studiyasının Kaliforniya ştatındakı Berbank şəhərində yerləşən ərazisində keçiriləcək.
Tesla-nın elektrik yük maşını Semi, qəzadan sonra alovlanaraq yanıb!
Tesla-nın elektrik yük maşını Semi, qəzadan sonra alovlanaraq yanıb!
ABŞ-ın Kaliforniya ştatında Nevada sərhədi yaxınlığında Tesla-nın elektrik yük maşını Semi, yanıb. Yanğının Semi-nin ağaca dəyməsi nəticəsində baş verdiyi bildirilir.
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
2016-cı ildə şirkətin CEO-su Elon Musk, hindistanlı müştərilərinə Tesla Model 3-ü əvvəlcədən sifariş etməyə təşviq etmişdi. Lakin aradan 8 il keçməsinə baxmayaraq, məlum olub ki, bu sifarişlər hələ də çatdırılmayıb.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!