electric cars
Filterlə
Elektromobillərin qlobal satışları 29% yüksəlib
2025-ci ilin birinci yarısında dünyada elektromobil satışları illik müqayisədə 29.4% artaraq 9.29 milyon ədədə çatıb - əsasən Çin, Avropa və ABŞ hesabına. Bu üç bazara 8.4 milyon ədəd, yəni ümumi həcmin 90.4%-i düşüb.
Trump-ın antielektromobil siyasəti yerli bazarda bu nəqliyyat növünün satışlarını artırıb
1 oktyabrdan etibarən ABŞ-da elektromobil alıcıları üçün 7500$-lıq vergi güzəşti qüvvədən düşəcək. Bir çox amerikalı isə “gedən qatarın son vaqonuna minmək” qərarına gəlib və nəticədə elektromobil satışları sürətlə artmağa başlayıb.
Avtomobil istehsalçıları elektromobil layihələrini ləğv edir və ya təxirə salırlar
2025-ci ildə böyük avtomobil istehsalçıları ABŞ-da elektromobillərin istehsalı ilə bağlı bir neçə il əvvəl çox ümidverici görünmüş iddialı planlarından kütləvi şəkildə imtina etməyə başladılar.
Bu ilin birinci yarısında bütün dünyada elektromobil satışları 28% yüksəlib
İlin ikinci yarısına daxil olmağımıza baxmayaraq, Rho Motion mütəxəssisləri artıq cari ilin birinci yarısı üzrə elektromobil bazarının nəticələrini açıqlayıblar. Bu müddət ərzində dünya üzrə 9.1 milyon elektrikli avtomobil satılıb ki, bu da illik müqayisədə 28% artım deməkdir.
Norveç ekoloji nəqliyyatın istifadəsinə görə lider ölkə olub
2025-ci ilin iyun ayında ölkədə satılan yeni avtomobillərin təxminən 97%-i elektromobillər olub. Bu nəticə göstərir ki, dövlət dəstəyi və düzgün qurulmuş vergi siyasəti avtomobil bazarını necə dəyişə bilər.
Elektromobillərin xidmət müddəti adi avtomobilləri üstələyib
Böyük Britaniyada alimlər avtomobillərin illər ərzində toplanmış yüz milyonlarla texniki baxış məlumatlarına əsaslanaraq belə bir nəticəyə gəliblər ki, elektromobillərin xidmət müddəti artıq daxili yanma mühərrikli avtomobillərlə bərabərləşib və hətta onları üstələyib.
Elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi bir texnologiya inkişaf etdirilib!
Cənubi Koreyalı bir şirkət, elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi elektrik enerjisinin təkrar emalı sistemi hazırlayıb.
2 ilə elektromobillərin qiymətləri benzinlə çalışan avtomobillərin qiymətləri ilə eyni səviyyədə ola bilər
Goldman Sachs Research şirkətinin aparmış olduğu araşdırmaya əsasən elektromobillər üçün nəzərdə tutulmuş batareyaların qiymətləri artıq 2026-cı ilə qədər dünya bazarında hal-hazırki qiymətlərdən iki dəfə aşağı düşə bilər.
Həftənin xəbərləri

