
Trump-ın antielektromobil siyasəti yerli bazarda bu nəqliyyat növünün satışlarını artırıb
Nəqliyyat
28.08.2025
Emil Nəcəfov
1 oktyabrdan etibarən ABŞ-da elektromobil alıcıları üçün 7500$-lıq vergi güzəşti qüvvədən düşəcək. Bir çox amerikalı isə “gedən qatarın son vaqonuna minmək” qərarına gəlib və nəticədə elektromobil satışları sürətlə artmağa başlayıb. Gözlənilir ki, avqust ayında onların ümumi avtomobil satışlarındakı payı 12.8%-ə çatacaq ki, bu da ötən illə müqayisədə 3.2% çoxdur. Bu, 2024-cü ilin dekabrındakı əvvəlki 11.2%-lik maksimumu üstələyən tarixi göstəricidir. ABŞ tarixində ilk dəfə olaraq elektromobilin orta qiyməti daxili yanma mühərrikli avtomobilin orta qiymətindən aşağı düşüb.

Səbəb isə odur ki, avtomobil istehsalçıları alıcıları elektromobilə cəlb etmək üçün öz güzəştlərini də təklif edirlər - endirimlərin məbləği 6700$-a qədər yüksəlib ki, bu da iyul ayındakından 1500$ çoxdur. Nəticədə elektromobilin orta alış qiyməti 2500$ azalaraq 44 300$-a enib, daxili yanma mühərrikli avtomobilin orta qiyməti isə 45 700 dollar təşkil edib. Avqust ayında diler mərkəzlərindəki yeni və işlənmiş elektromobillərin ümumi sayı 197 000 olub ki, bu da iyul ayındakından təxminən 10 000 ədəd azdır - proqnozlara görə, bu ehtiyat növbəti 59 günə kifayət edəcək.

Gələcəkdə avtomobil istehsalçılarının qəfil bahalaşan elektromobil ehtiyatlarını satmaq üçün endirimləri artırmasına ehtiyac ola bilər. Əksər ekspertlər ilin sonuna qədər elektromobil satışlarının azalacağını gözləyir, lakin daha əlçatan modellərin bazara çıxışı ilə bu bazarın federal dəstəyin olmamasına baxmayaraq bərpa olunacağı düşünülür. Ford, Tesla, Volkswagen və Toyota kimi böyük oyunçular elektromobillərin ucuzlaşdırılması üzrə ardıcıl siyasətlərini bəyan edirlər. Əhəmiyyətli məqam odur ki, batareyaların tutumu və etibarlılığı davamlı olaraq artır, yürüş məsafəsi genişlənir və şarj infrastrukturuna çıxış daha əlçatan olur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avtomobil istehsalçıları elektromobil layihələrini ləğv edir və ya təxirə salırlar

Avtomobil istehsalçıları elektromobil layihələrini ləğv edir və ya təxirə salırlar
2025-ci ildə böyük avtomobil istehsalçıları ABŞ-da elektromobillərin istehsalı ilə bağlı bir neçə il əvvəl çox ümidverici görünmüş iddialı planlarından kütləvi şəkildə imtina etməyə başladılar.
Bu ilin birinci yarısında bütün dünyada elektromobil satışları 28% yüksəlib

Bu ilin birinci yarısında bütün dünyada elektromobil satışları 28% yüksəlib
İlin ikinci yarısına daxil olmağımıza baxmayaraq, Rho Motion mütəxəssisləri artıq cari ilin birinci yarısı üzrə elektromobil bazarının nəticələrini açıqlayıblar. Bu müddət ərzində dünya üzrə 9.1 milyon elektrikli avtomobil satılıb ki, bu da illik müqayisədə 28% artım deməkdir.
Norveç ekoloji nəqliyyatın istifadəsinə görə lider ölkə olub

Norveç ekoloji nəqliyyatın istifadəsinə görə lider ölkə olub
2025-ci ilin iyun ayında ölkədə satılan yeni avtomobillərin təxminən 97%-i elektromobillər olub. Bu nəticə göstərir ki, dövlət dəstəyi və düzgün qurulmuş vergi siyasəti avtomobil bazarını necə dəyişə bilər.
Elektromobillərin xidmət müddəti adi avtomobilləri üstələyib

Elektromobillərin xidmət müddəti adi avtomobilləri üstələyib
Böyük Britaniyada alimlər avtomobillərin illər ərzində toplanmış yüz milyonlarla texniki baxış məlumatlarına əsaslanaraq belə bir nəticəyə gəliblər ki, elektromobillərin xidmət müddəti artıq daxili yanma mühərrikli avtomobillərlə bərabərləşib və hətta onları üstələyib.
Elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi bir texnologiya inkişaf etdirilib!

Elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi bir texnologiya inkişaf etdirilib!
Cənubi Koreyalı bir şirkət, elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi elektrik enerjisinin təkrar emalı sistemi hazırlayıb.
Həftənin xəbərləri

