Filterlə
Avropa Birliyi Tiktok, Facebook və Instagram-ı şəffaflıq qaydalarını pozmaqda günahlandırıb
Avropa Komissiyası Avropa Birliyi ərazisində fəaliyyət göstərərkən şəffaflıq tələblərini pozduğuna görə TikTok və Meta şirkətlərinə qarşı ittiham irəli sürüldüyünü açıqlayıb. Xüsusilə, Avropa Komissiyası bu ABŞ və Çin texnologiya nəhənglərini Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən tədqiqatçılara “münasib səviyyədə çıxış” imkanı təqdim etmək öhdəliklərini pozmaqda günahlandırıb.
Facebook-dakı Reels videolar üçün friend bubbles adlı yeni funksiya istifadəyə verilib
Meta şirkəti bu il ərzində Facebook sosial şəbəkəsindəki Reels formatı üçün bir sıra yenilikləri təqdim etdiyini elan edib. Bu dəyişikliklər şirkətin TikTok ilə rəqabəti gücləndirmə strategiyasının bir hissəsidir və məqsədi istifadəçilərin maraqlarını daha sürətli öyrənmək və onlara daha uyğun məzmun göstərməkdir.
Meta istifadəçilərin süni intellektlə çatlarını reklamın fərdiləşdirilməsi üçün istifadə edəcək
Meta şirkəti 16 dekabrdan etibarən istifadəçilərin süni intellekt köməkçisi ilə mətn və səsli dialoqlarını sosial şəbəkələrdə reklam və kontentin fərdiləşdirilməsi üçün istifadə etməyə başlayacaq.
Apple, Google və Meta aludəçilik yaradan qumar oyunlarının reklamlarına görə məhkəmədə cavab verməli olacaqlar
ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində yerləşən federal dairə məhkəməsinin hakimi Edward Davila Apple, Google və Meta Platforms şirkətlərinin bir neçə iddianın araşdırılmasından imtina edilməsinə dair vəsatətlərini rədd edib.
Facebook və Messenger-də xüsusi “yeniyetmə hesablarının” istifadəsinə start verilib
Meta Facebook və Messenger platformalarında 13-17 yaşlı istifadəçilər üçün nəzərdə tutulmuş xüsusi “yeniyetmə hesablarının” qlobal istifadəyə verilməsinə başlayıb.
Nepalda kütləvi etirazlardan sonra sosial media platformalarının bloklanması aradan qaldırılıb
Nepal hakimiyyəti ən azı 19 nəfərin həlak olduğu kütləvi etirazlardan sonra əvvəl tətbiq edilmiş bir sıra sosial servislərə qoyulan bloklamanı ləğv etmək qərarına gəlib.
Nepal öz ərazisində X, YouTube və Facebook-u bloklayıb
Nepal hökuməti X, Facebook və YouTube daxil olmaqla bir neçə məşhur sosial şəbəkə xidmətinin bloklandığını elan edib. Səbəb isə bu platformaların hökumətin yeni tələblərinə uyğun olaraq ölkədə qeydiyyatdan imtina etmələridir.
Instagram və Facebook-da Reels videolarının süni intellekt vasitəsilə tərcüməsi funksiyası istifadəyə verilib
Meta şirkəti Facebook və Instagram platformalarında Reels videoların avtomatik olaraq başqa dilə tərcüməsi üçün süni intellekt alətini tətbiq etməyə başlayıb.
Həftənin xəbərləri