
Apple, Google və Meta aludəçilik yaradan qumar oyunlarının reklamlarına görə məhkəmədə cavab verməli olacaqlar
Tech-Biznes
01.10.2025
Emil Nəcəfov
ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində yerləşən federal dairə məhkəməsinin hakimi Edward Davila Apple, Google və Meta Platforms şirkətlərinin bir neçə iddianın araşdırılmasından imtina edilməsinə dair vəsatətlərini rədd edib. Söhbət Apple, Google və Meta-nı qanunsuz qumar oyunlarını təşviq etməkdə və istifadəçilərdə asılılıq yarada bilən kazino tərzli tətbiqlərdən komissiya əldə etməkdə ittiham edən iddia ərizələrindən gedir. Mövcud məlumatlara görə, hakim müdafiə tərəfinin əsas arqumentini - qüvvədə olan qanunvericiliyə əsasən onlayn platformaların üçüncü tərəflər tərəfindən dərc olunan kontentə görə məsuliyyətdən azad olunması ilə bağlı iddianı - rədd edib.

Bununla yanaşı, Davila bəzi ştat qanunlarının pozulması ilə bağlı iddia tələblərini də qəbul etməyib, lakin istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən verilmiş iddiaların tamamilə dayandırılması ilə bağlı vəsatətləri də dəstəkləməyib. Çoxsaylı iddiaçılar bildirirlər ki, texnologiya nəhəngləri App Store, Play Store və Facebook platformalarından qanunsuz cinayətkar sövdələşmə vasitəsilə “Veqas üslubunda oyun aparatlarında orijinal oyun təcrübəsi”ni təşviq etmək üçün istifadə ediblər. İddiaçıların məlumatına görə, şirkətlər istifadəçilərin bu tip tətbiqlərdə həyata keçirdikləri tranzaksiyalardan 30% komissiya tutaraq 2 milyard dollardan artıq gəlir əldə ediblər. İddiaçılar hesab edirlər ki, kazino üslubunda tətbiqlərlə qarşılıqlı əlaqə depressiyaya, intihar düşüncələrinə və digər mənfi nəticələrə səbəb ola bilər.

Bundan əlavə, iddiaçılar ziyanın ödənilməsini tələb edirlər, lakin kompensasiyanın məbləği sənədlərdə göstərilməyib. Hakim Apple, Google və Meta-nın vəsatətləri ilə bağlı qərarını 37 səhifəlik sənəddə izah edib. Onun fikrincə, şirkətlər ödənişləri emal edərkən “nəşriyyatçı” qismində çıxış etməyiblər və bu, onların onlayn platformaların üzərinə yerləşdirilən kontentə görə məsuliyyət daşımamasını təmin edən qanuna əsaslanan immunitet iddiasını zəiflədir. Hakim həmçinin şirkətlərin tətbiqləri dəstəkləmək üçün “neytral alətlər” təqdim etməsini qəbuledilməz adlandırıb və iddiaçıların cavabdehləri “bukmeker” adlandırmaması faktının onların məsuliyyətdən azad olunmasına səbəb olduğu iddiasını rədd edib. Cavabdehlər hazırkı məhkəmə qərarından apellyasiya şikayəti verə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Powerbeats Fit naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Powerbeats Fit naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Apple şirkətinə məxsus Beats brendi Powerbeats Fit qulaqlığını təqdim edib. Bu model 2022-ci ildə buraxılmış Beats Fit Pro-nu əvəzləyir.
Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib

Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib
Google şirkəti masaüstü kompüterlər üçün bulud yaddaş xidməti olan Google Drive-da yeni ransomware-dən (şantajçı proqram təminatları) qoruma sistemini təqdim edib.
Apple ChatGPT analoqunu hazırlayıb, lakin onu heç kimə göstərmir

Apple ChatGPT analoqunu hazırlayıb, lakin onu heç kimə göstərmir
Apple məhsulları üzrə ixtisaslaşan məşhur insayder Mark Gurman-ın əldə etdiyi məlumata görə, Apple şirkəti gələn il Siri üçün nəzərdə tutulan yenilənməyə hazırlıq məqsədilə Veritas adlı tətbiq hazırlayıb.
Meta süni intellekt əsaslı videoların yaradılması servisi Vibes-ı istifadəyə verib

Meta süni intellekt əsaslı videoların yaradılması servisi Vibes-ı istifadəyə verib
Meta Platforms süni intellektin köməyi ilə qısa videolar yaratmaq və paylaşmaq üçün yeni Vibes platformasını təqdim edib. Məlumata görə, Vibes platforması Meta AI tətbiqində və meta.ai saytında əlçatandır.
Google robotları düşünməyə məcbur edən süni intellekt modellərini hazırlayıb

Google robotları düşünməyə məcbur edən süni intellekt modellərini hazırlayıb
Google DeepMind şirkəti robot texnologiyası üçün iki yeni süni intellekt modelini təqdim edib: Gemini Robotics 1.5 və Gemini Robotics-ER 1.5. Bu modellər birlikdə elə bir yanaşmanı həyata keçirirlər ki, robot əvvəlcə tapşırığı “düşünür”, yalnız bundan sonra əməliyyatı icra edir.
Həftənin xəbərləri

