Kapital Bank 3-cü dəfə “Mükəmməl iş yeri” sertifikatına layiq görüldü
Digər
13.10.2025
Emil Nəcəfov
Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürənlərdən biri olan Kapital Bank üçüncü dəfə ardıcıl olaraq beynəlxalq “Mükəmməl iş yeri” (Great Place to Work) sertifikatını qazanaraq, işçi məmnuniyyəti və iş mühiti standartlarının qorunması istiqamətində davamlı uğurlarını bir daha təsdiqlədi. Bu nailiyyət Kapital Bank-ı ölkəmizdə üçüncü dəfə belə uğura imza atan ilk və yeganə yerli şirkət edir, həmçinin onun davamlı inkişaf edən təşkilati mədəniyyətini və insan yönümlü yanaşmasını nümayiş etdirir.
Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən qiymətləndirilməsini aparır. Sertifikat yalnız yüksək nəticə göstərən şirkətlərə təqdim olunur və şirkətlərdə iş mühiti, motivasiya, inkişaf imkanları və daxili kommunikasiya keyfiyyətlərini qiymətləndirir.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçısı Fərqanə Məmmədova vurğulayıb ki, bu uğurun arxasında bankla əməkdaşlar arasındakı qarşılıqlı etimad və dəstək dayanır. “Artıq üçüncü ildir ki, Kapital Bank beynəlxalq “Mükəmməl iş yeri” sertifikatına layiq görülür. Bu, bizim üçün sadəcə bir mükafat deyil, 6 minə yaxın əməkdaşımızın səmimi rəyidir. Bizim üçün əsas olan əməkdaşların özlərini dəyərli hiss etməsi, inkişaf və rifah üçün real imkanlara sahib olmasıdır. 20-dən çox kriteriya üzrə yüksək nəticə qazanmağımız isə bu yanaşmanın beynəlxalq səviyyədə təsdiqidir”.
Bu uğur Kapital Bank-ın işçi məmnuniyyətinə verdiyi önəmin və insan yönümlü təşkilati mədəniyyətinin təsdiqi olmaqla yanaşı, onun ölkədə və beynəlxalq səviyyədə lider mövqeyini möhkəmləndirir. Bank bundan sonra da əməkdaşlarının inkişafını dəstəkləmək, iş mühitini zənginləşdirmək və güclü komanda ruhunu qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“Bütün vücudlar danışır” layihəsinin illik yekun tədbiri keçirilib
“Bütün vücudlar danışır” layihəsinin illik yekun tədbiri keçirilib
“Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı, Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın tərəfdaşlığı ilə reallaşan “Bütün vücudlar danışır” layihəsinin bir illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir
Kapital Bank “Arzumuz var!” təqaüd proqramı ilə gənc qızların təhsilinə dəstək göstərir
Ötən il Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanan Memorandum çərçivəsində həyata keçirilən və qızların təhsilini stimullaşdıran “Arzumuz var!” layihəsi öz məqsədinə çatıb.
Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus möhtəşəm hədiyyələr qazandırır. Belə ki, 1 oktyabr tarixindən etibarən Bir Bonus lotereyası start götürüb. Bu lotereyada həm bonus qazanaraq, həm də xərcləyərək iştirak etmək mümkündür.
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan “INMerge” İnnovasiya Sammiti (INMerge Innovation Summit) “Paşa Holding”in təşkilatçılığı və Bir ekosisteminin sponsorluğu ilə uğurla başa çatdı.
Kapital Bank bu il də “Sibos 2025”də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib
Kapital Bank bu il də “Sibos 2025”də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib
Azərbaycanın aparıcı maliyyə qurumu olan Kapital Bank 29 sentyabr tarixində Frankfurt şəhərində start götürən dünyanın ən nüfuzlu maliyyə tədbiri olan “Sibos 2025”dəki iştirakına başlayıb. Tədbirin ilk günündən etibarən bankın nümayəndə heyəti qlobal maliyyənin gələcəyini formalaşdıran müzakirələrdə aktiv iştirak edir.
Həftənin xəbərləri