
2 pizza üçün 10 000 bitcoinin ödənildiyi gündən 15 il ötür
Təhlükəsizlik
22.05.2025
Emil Nəcəfov
2010-cu il mayın 22-də kriptomayner Laszlo Hanyecz bitcoin ilə qeydə alınmış ilk kommersiya əməliyyatını həyata keçirdi. O, iki Papa John's pizzasına görə 10 000 BTC ödədi. Bu pizzaların o dövrdəki ümumi dəyəri təxminən 40$ idi. Bu hadisə kriptovalyutaya münasibətdə dönüş nöqtəsi oldu. İndi 10 000 BTC ilə 70 milyondan çox pizza almaq olar. Hazırkı bitcoin məzənnəsi 111 800$ olduğu üçün bu miqdar 1.1 milyard dollardan çox edir. Hanyecz bu əməliyyatı peşmanlıqla xatırlamır. O, 2019-cu ildə bildirib ki, bu tranzaksiya bitcoin-i onun üçün real etdi. 2010-cu ildə bitcoinin qiyməti bir sentdən də aşağı idi və çox az adam onun gələcəkdə trilyonluq bir aktivə çevriləcəyini proqnozlaşdırırdı. Bununla belə, həmin əməliyyat kripto bazarı üçün mədəniyyət baxımından bir mərhələ sayılır. İnternet pullarının real valyuta kimi işləyə biləcəyini sübut edən an. Bu gün artıq bitcoinlə yalnız pizza deyil, həm də daşınmaz əmlak, avtomobil, hətta bəzi ölkələrdə vergi ödənişləri də həyata keçirilir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bitcoinin qiyməti 111 000$-ı keçib

Bitcoinin qiyməti 111 000$-ı keçib
Bitcoin yeni rekord müəyyənləşdirib. Bu gün o, tarixi maksimuma çataraq 111 861$-a yüksəlib, daha sonra isə bir qədər düzəliş edərək 111 368$ düşüb.
Növbəti 5 il ərzində Wi-Fi keyfiyyəti aşağı düşə bilər

Növbəti 5 il ərzində Wi-Fi keyfiyyəti aşağı düşə bilər
CableLabs qeyri-kommersiya təşkilatının (kabel televiziyası operatorlarının təşəbbüsü ilə) ekspertləri hesablayıblar ki, Wi-Fi şəbəkələrinin sayının sürətlə artması ilə 6 GHz tezlik diapazonunun ötürmə qabiliyyəti yaxın zamanda tükənə bilər.
Tesla Optimus-un ev işlərini görmə qabiliyyəti sərgilənib (VİDEO)

Tesla Optimus-un ev işlərini görmə qabiliyyəti sərgilənib (VİDEO)
Fərqli rəqs hərəkətləri və akrobatik fəndlər insanabənzər robotların çevikliyini nümayiş etdirsə də, bu cür texnikaların əksəriyyəti real praktik fayda vermir və əsasən tamaşaçını təəccübləndirməyə yönəlib.
İnsanları təhlükəli işlərdə əvəz edəcək Titan adlı robot təqdim edilib

İnsanları təhlükəli işlərdə əvəz edəcək Titan adlı robot təqdim edilib
RoboForce şirkəti insan üçün təhlükəli şəraitdə mürəkkəb tapşırıqları yerinə yetirmək üçün hazırlanmış sənaye robotu Titanı təqdim edib. Robot 1 mm dəqiqliklə işləyir, 40 kq-a qədər yük qaldıra bilir və manipulyatorlarının hərəkət radiusu 1100 mm-dir.
Elektromobillər üçün 5 dəqiqəlik şarjdan sonra 450 km-lik yürüş məsafəsi təmin edən yeni batareya hazırlanıb

Elektromobillər üçün 5 dəqiqəlik şarjdan sonra 450 km-lik yürüş məsafəsi təmin edən yeni batareya hazırlanıb
Çin şirkəti SEVB dünyanın ilk 1400 A gücündə batareyasını təqdim edib. Bu batareya cəmi bir dəqiqəlik enerji ilə doldurma nəticəsində elektrikli avtomobilə 150 km-dən çox məsafə qət etməyə imkan verir. Batareya -40 dərəcə Selsi temperaturda belə işləyir, xüsusi soyutma və termoizolyasiya sistemi isə onu təhlükəsiz edir.
Həftənin xəbərləri

