main-post-cover

    Elektromobillər üçün 5 dəqiqəlik şarjdan sonra 450 km-lik yürüş məsafəsi təmin edən yeni batareya hazırlanıb

    Elm & Texnologiya
    20.05.2025
    Emil Nəcəfov
         Çin şirkəti SEVB dünyanın ilk 1400 A gücündə batareyasını təqdim edib. Bu batareya cəmi bir dəqiqəlik enerji ilə doldurma nəticəsində elektrikli avtomobilə 150 km-dən çox məsafə qət etməyə imkan verir. Batareya -40 dərəcə Selsi temperaturda belə işləyir, xüsusi soyutma və termoizolyasiya sistemi isə onu təhlükəsiz edir. Bu yenilik sayəsində elektrikli avtomobillərin enerji ilə doldurulması benzinlə çalışan avtomobillərin yanacaq doldurma sürətinə yaxınlaşır. Daxili yanma mühərrikli avtomobilin yanacaqla doldurulması təxminən 5 dəqiqə çəkir. Halbuki, elektrikli avtomobillərin oxşar məsafəni qət edə biləcək qədər enerji ilə doldurulması xeyli daha uzun zaman alır. Elektrikli avtomobil batareyalarının istehsalçıları bu vəziyyəti dəyişmək istəyir və C göstəricisi ilə ölçülən doldurma sürətini artırmağa çalışırlar.
         Məsələn, 4 dərəcə Selsi temperaturda bəzi batareyalar 15 dəqiqəyə dolur. SEVB-nin yeni texnologiyası isə bu göstəricini daha da yüksəldir: 12 dərəcə Selsi temperaturda batareya cəmi 5 dəqiqəyə tam dolur. Bu texnologiyanın əsasında Tianqing şirkətinin özünəməxsus arxitekturası dayanır. Bu arxitektura yüksək enerji sıxlığı təmin edir və termoelektrik ayırma texnologiyasından istifadə edir. Sürətli enerji ilə doldurma imkanı isə daxili maye soyutma sistemi və batareya daxilində istifadə olunan elastik çaplı lövhələr sayəsində mümkün olub. Bu həllər həm yerə qənaət edib, həm də təhlükəsizliyi artırıb.
         Digər bir yenilik isə Xinxingchi 2.0 Kiloamp Extreme Charging Edition adlı sistemdir. Bu sistem sürətli enerji doldurma stansiyaları üçün nəzərdə tutulub və 1400 A gücündə cərəyanla batareyanı doldurmağa imkan verir. Bunun üçün avtomobildə 1000 voltluq sistem istifadə olunur. Bu texnologiya sayəsində enerji doldurma gücü 1.4 meqavat səviyyəsinə çatır. Bu isə elektrikli avtomobillərin doldurma sürətinin benzinlə çalışan avtomobillərlə müqayisə oluna biləcək səviyyəyə çatmasını təmin edir. Bundan əlavə, Star Chaser 2.0 adlı versiya da təqdim edilib. Bu versiya artan yürüş məsafəsinə malikdir.
         6 dərəcə Selsi temperaturda bu batareya 800 km-dən çox məsafə qət etməyə imkan verir - bu, rekord göstərici sayılır. Şirkət batarryalarda şarj zamanı qızma və yanğın riski kimi təhlükəsizlik problemlərini həll edib. Çoxqatlı soyutma sistemi istilik ötürmə effektivliyini 50% artırıb, aerokosmik izolyasiya materiallarının tətbiqi isə əlavə qoruma təmin edib. Bu texnologiya sayəsində hətta sərt şaxtalarda da sürətli enerji ilə doldurma mümkün olacaq. Şirkət bildirib ki, -20 dərəcə Selsi temperaturda batareya enerjisinin 90%-ni qoruyub saxlayır və -40 dərəcə Selsidə də normal işləyə bilir. SEVB elektrikli avtomobilləri daxili yanma mühərrikli avtomobillərdən daha sərfəli etməyi qarşısına məqsəd qoyub. Şirkət iddia edir ki, onların yeni batareyaları ənənəvi avtomobillərlə müqayisədə 3 il ərzində daha aşağı istifadə xərcləri təmin edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hindistanda innovasiyalı natrium-ion batareya hazırlanıb
    hindistanda-innovasiyali-natrium-ion-batareya-hazirlanib
    Məlumatları DNT-nin plastik analoqunda saxlanması üsulu hazırlanıb
    melumatlari-dnt-nin-plastik-analoqunda-saxlanmasi-usulu-hazirlanib
    Yer kürəsi orbitindəki peyklər böyük problemlərə səbəb ola bilərlər
    yer-kuresi-orbitindeki-peykler-boyuk-problemlere-sebeb-ola-bilerler
    Vyetnamda 10 000-dən çox dronun iştirakı ilə yeni rekorda imza atılıb (VİDEO)
    vyetnamda-10-000-den-cox-dronun-istiraki-ile-yeni-rekorda-imza-atilib-video
    ABŞ-da poladdan daha üstün supertaxta material hazırlanıb
    abs-da-poladdan-daha-ustun-supertaxta-material-hazirlanib