Avropa Birliyi, Microsoft-u "uşaqların məlumatlarını oğurlayır" iddiası ilə ittiham edib!
Təhlükəsizlik
05.06.2024
Farid Pardashunas
Avstriyanın “Noyb” hüquq müdafiə qrupu, 365 Education proqramının məktəblərdəki fəaliyyəti və uşaqların məxfiliyi ilə bağlı Microsoft-a qarşı iki şikayət qaldırıblar. Qrup həmçinin OpenAI, Meta, Spotify və digər texnoloji nəhənglərə qarşı da keçmişdə şikayətlər qaldırmışdılar.
Noyb iddia edir ki, Microsoft-un öz sənədlərinə əsasən, Microsoft 365 Education, məktəbin xəbəri olmadan istifadəçi davranışını təhlil edən, brauzer məlumatlarını toplayan və reklam üçün istifadə olunan kukilər quraşdırıb. Onların sözlərinə görə, Microsoft-un tələbələrin məlumatları ilə nə etdiyi bəlli deyil və uşaqları gizli şəkildə izləyir. Noyb qrupunun məlumatların qorunması üzrə hüquqşünası Felix Mikolasch, vəziyyəti belə izah edir: “Məlumat axınları ilə bağlı təhlilimiz çox narahatedicidir. Microsoft 365 Education istifadəçiləri yaşlarından asılı olmayaraq izləyir. Bu təcrübənin AB və AEA-da yüz minlərlə şagird və tələbəyə təsir edəcəyi ehtimal edilir. Səlahiyyətli orqanlar nəhayət, işə qarışmalı və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasını effektiv şəkildə təmin etməlidirlər.”
Noyb, həmçinin iddia edir ki, Microsoft, Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) öhdəliklərini, məxfilik siyasətlərinə və ya məlumatların toplanmasına heç bir giriş və ya məlumat vermədən məktəblərin üzərinə atıb. Noyb-da məlumatların qorunması üzrə digər hüquqşünas Maartje de Graaf, verdiyi açıqlamada, “Microsoft məlumatların emalı ilə bağlı bütün vacib məlumatları proqram təminatında saxlayır, lakin hüquqların həyata keçirilməsinə gəldikdə barmağını məktəblərə yönəldir. Məktəblərin şəffaflıq və açıqlama öhdəliklərinə əməl etmələrinin heç bir yolu yoxdur” deyə bildirib. GDPR yetkinlik yaşına çatmayanların məlumatlarının mühafizəsi üçün ciddi qaydalar müəyyən edir və fərd üçün əlavə qorunma, şəffaflıq və hesabatlılığa diqqət yetirir. GDPR-nin pozulması 20 milyon avro (22 milyon dollar) məbləğində və ya bir əvvəlki ildə şirkətin illik dövriyyəsinin dörd faizi məbləğində cərimə ilə nəticələnə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropa Birliyi süni zəkanın təhlükəsiz inkişafına nəzarət edəcək yeni qurumunu yaradıb
Avropa Birliyi süni zəkanın təhlükəsiz inkişafına nəzarət edəcək yeni qurumunu yaradıb
Avropa Birliyi öz yeni strukturu olan Süni Zəka İdarəsini təsis edib. Bu idarə Avropanın növbəti illərdəki süni zəka ekosisteminin formalaşdırılmasında vacib rol oynayacaq.
Windows 11-in yeni süni intellekt funksiyası, köhnə kompüterdə işə salınıb!
Windows 11-in yeni süni intellekt funksiyası, köhnə kompüterdə işə salınıb!
Microsoft, bu yaxınlarda Copilot Plus kompüterləri üçün Recall alətini təqdim etmişdi. Məlum olub ki, bu süni intellekt funksiyası yeni avadanlıq tələb etmir və hətta köhnə kompüterlərdə də işlədilə bilər.
Microsoft, səsinizi təqlid edərək zənglərə cavab verən süni intellekt üzərində işləyir!
Microsoft, səsinizi təqlid edərək zənglərə cavab verən süni intellekt üzərində işləyir!
Truecaller və Microsoft-un birgə əməkdaşlığı ilə hazırlanmış süni intellekt köməkçisi, səsinizi təqlid edəcək və zəng gələn zaman sizin əvəzinizə cavab verə biləcək.
Paint-də fotoların süni zəka vasitəsilə tərtibatı funksiyası hamı üçün istifadəyə verilib
Paint-də fotoların süni zəka vasitəsilə tərtibatı funksiyası hamı üçün istifadəyə verilib
Microsoft şirkəti Windows əməliyyat sisteminin məşhur qrafik redaktoru olan Paint-ə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi imkanını əlavə edib.
Edge brauzeri videoların real zaman ərzində tərcüməsi funksiyasını əldə edib (VİDEO)
Edge brauzeri videoların real zaman ərzində tərcüməsi funksiyasını əldə edib (VİDEO)
Microsoft şirkəti yenilənmiş Edge brauzerini təqdim edib. Yenilənmiş Edge brauzeri süni zəka əsasında çalışan çox faydalı yeni funksiyanı əldə edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ