main-post-cover

    Avropa Birliyi Telegram istifadəçilərinin bütün yazışmalarını skan etmək istəyirmiş

    Təhlükəsizlik
    15.10.2025
    Emil Nəcəfov
         Pavel Durov bildirib ki, Avropa Birliyi demək olar ki, bütün istifadəçilərin şəxsi yazışmalarını skan etməyi məcburi edən bir qanun layihəsini qəbul edəcəkdi. Telegram rəhbəri bu barədə Fransadakı bütün istifadəçilərə xəbərdarlıq mesajı göndərərək bildirib ki, bu cür tədbirlər vətəndaşların smartfonlarını izləmə alətlərinə çevirə bilərdi. Durov-un sözlərinə görə, bu qanunvericilik təşəbbüsünün təşəbbüskarı Fransa olub. Ölkənin həm keçmiş, həm də hazırkı daxili işlər nazirləri - Bruno RetailleauLaurent Nunez - bu təklifi dəstəkləyiblər. Bundan əlavə, onlar ötən ilin mart ayında bəyan etmişdilər ki, polis fransız vətəndaşlarının şəxsi yazışmalarına çıxış əldə etməlidir. Qanun layihəsini Emmanuel Macron ilə əlaqəli olan Renaissance hərəkatının və sağ mərkəzçi Respublikaçılar partiyasının deputatları dəstəkləyiblər.
         Telegram rəhbərinin sözlərinə görə, bu cür tədbirlər formal olaraq cinayətkarlığa qarşı mübarizə məqsədi daşıyır, lakin əslində yalnız adi istifadəçiləri əhatə edir. Çünki cinayətkarlar VPN və ya xüsusi saytlar vasitəsilə bu skanlamadan yayınmaq imkanına malikdirlər, hökumət və polis əməkdaşlarının xidməti yazışmaları isə qanun layihəsinə əsasən məcburi nəzarətdən azaddır. “Yalnız SİZ - adi vətəndaşlar - şəxsi mesajlarınızın və fotolarınızın ifşa olunması riski ilə üzləşəcəksiniz” - deyə Telegram məlumatında qeyd olunub. Qanunun qəbulunun qarşısı son anda Almaniyanın təşəbbüsə qarşı çıxması sayəsində alınıb. Bununla belə, Telegram hesab edir ki, Fransa hakimiyyətinin şəxsi yazışmalara tam giriş əldə etmək istəyi səbəbindən Fransiya və digər Avropa Birliyi ölkələrinin vətəndaşlarının əsas hüquqları hələ də təhlükə altındadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Peyk rabitəsi vasitəsilə məlumatlar şifrələnməmiş şəkildə ötürülürmüş
    peyk-rabitesi-vasitesile-melumatlar-sifrelenmemis-sekilde-oturulurmus
    Apple öz sistemlərində ən kritik boşluqları aşkar edənə 5 milyon dollar mükafat verəcək
    apple-oz-sistemlerinde-en-kritik-bosluqlari-askar-edene-5-milyon-dollar-mukafat-verecek
    App Store-da OpenAI Sora tətbiqinin saxta versiyaları yayılıb
    app-store-da-openai-sora-tetbiqinin-saxta-versiyalari-yayilib
    Telegram-da qrup zənglərində rəylər və s. yeni funksiyalar istifadəyə verilib
    telegram-da-qrup-zenglerinde-reyler-ve-s-yeni-funksiyalar-istifadeye-verilib
    Telegramın yaradıcısı Pavel Durov: "İndiki nəsil informasiya azadlığına sahib olan sonuncu nəsil ola bilər"
    telegramin-yaradicisi-pavel-durov-indiki-nesil-informasiya-azadligina-sahib-olan-sonuncu-nesil-ola-biler