main-post-cover

    Telegramın yaradıcısı Pavel Durov: "İndiki nəsil informasiya azadlığına sahib olan sonuncu nəsil ola bilər"

    Sosial Media
    10.10.2025
    Emil Nəcəfov
         Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, indiki nəsil informasiya azadlığına sahib olan sonuncu nəsil ola bilər. Onun sözlərinə görə, əvvəllər azad hesab olunmuş ölkələrdə tətbiq edilən “antiutopik tədbirlər” nəticəsində internetdə bir vaxtlar azad informasiya mübadiləsi vədi verən məkan indi nəzarət üçün güclü alətə çevrilir. “Mənim 41 yaşım olur, amma bunu qeyd etmək istəmirəm” - deyə Durov öz Telegram kanalında yazıb. Durov qeyd edib ki, Böyük Britaniyada rəqəmsal şəxsiyyət vəsiqələri tətbiq olunur, Avstraliyada onlayn yaş yoxlanışı həyata keçirilir, Avropa Birliyində isə şəxsi mesajların kütləvi skan edilməsi planlaşdırılır.
         Bundan əlavə, Almaniyada rəsmiləri internetdə tənqid edənlər təqib olunur, Böyük Britaniyada sosial media paylaşımlarına görə insanları həbs edə bilərlər, Fransa isə məxfilik və şəxsi həyatın toxunulmazlığı uğrunda çıxış edən texnoloji şirkət rəhbərlərinə qarşı cinayət işi açır. “Bizim nəsil tarixə informasiya mübadiləsi azadlığına sahib olan və bu azadlığın əlindən alınmasına imkan verən sonuncu nəsil kimi düşə bilər. Bizə yalan təlqin edilib. Bizə inandırıblar ki, bizim nəsil üçün ən böyük mübarizə, əslində, əcdadlarımızdan bizə miras qalan hər şeyi - ənənələri, şəxsi həyatın toxunulmazlığı hüququnu, suverenliyi, azad bazarı və söz azadlığını - məhv etməkdir” - deyə Durov xəbərdarlıq edib.
         Bizim nəsilin atalarımız tərəfindən bizim üçün yaradılmış azad interneti xilas etmək üçün getdikcə daha az vaxtı qalır“. Durov 2024-cü ilin avqustunda Fransada həbs edilib, daha sonra girov qarşılığında azadlığa buraxılıb, lakin istintaq hələ də davam edir. Ona qarşı 6 bənd üzrə ittiham irəli sürülüb, o cümlədən istintaqla əməkdaşlıqdan imtina, qanunsuz tranzaksiyalar üçün onlayn platformanın idarə olunmasında iştirak və cinayət yolu ilə əldə edilmiş pulların yuyulması.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Pavel Durov Telegram-ı heç zaman satmayacağını bildirib
    pavel-durov-telegram-i-hec-zaman-satmayacagini-bildirib
    Pavel Durov Fransa hökuməti tərəfindən ona qarşı sürülmüş ittihamları absurd hesab edir
    pavel-durov-fransa-hokumeti-terefinden-ona-qarsi-surulmus-ittihamlari-absurd-hesab-edir
    Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib
    grok-un-telegram-a-inteqrasiyasi-uzre-razilasmanin-artiq-elde-olundugu-melumati-tekzib-edilib
    Grok çat-botu yaxın zamanda Telegram-a inteqrasiya ediləcək
    grok-cat-botu-yaxin-zamanda-telegram-a-inteqrasiya-edilecek
    Pavel Durov-un ABŞ-a yollanmağına qadağa qoyulub
    pavel-durov-in-abs-a-yollanmagina-qadaga-qoyulub