main-post-cover

    Coinbase kriptovalyuta birjasının istifadəçilərinin məlumatları oğurlanıb

    Təhlükəsizlik
    16.05.2025
    Emil Nəcəfov
         ABŞ-ın kriptovalyuta birjası Coinbase ciddi problemlərlə üzləşib. Bu, platformanın bəzi müştərilərinə aid məlumatların sızdığı böyük miqyaslı kibertəhlükə barədə məlumatların üzə çıxmasından sonra baş verib. Şirkətin açıqlamasında bildirilir ki, kibercinayətkarların fəaliyyətindən dəyən zərərin məbləği 180 milyon dollardan 400 milyon dollara qədər ola bilər. Coinbase hadisədən 11 may tarixində xəbər tutub. Həmin gün naməlum bir haker şirkətə elektron məktub göndərərək bəzi müştəri hesablarına və Coinbase-in daxili sənədlərinə dair məxfi məlumatlara sahib olduğunu iddia edib. Şirkətin məlumatına görə, cinayətkarlar müştərilərin adlarına, e-poçt ünvanlarına, yaşayış ünvanlarına, şifrələnmiş bank hesabı nömrələrinə və sosial sığorta nömrələrinə çıxış əldə edə biliblər.
         Bununla belə, şirkət xüsusi olaraq vurğulayır ki, hakerlər istifadəçi şifrələrinə, şəxsi açarlara və ya birbaşa vəsaitlərə çıxış əldə edə bilməyiblər. Coinbase nümayəndələrinin sözlərinə görə, hücum ABŞ-dan kənarda yerləşən texniki dəstək əməkdaşları və podratçılar vasitəsilə həyata keçirilib. Bu şəxslər sadəcə rüşvət müqabilində şirkətin daxili sistemlərinə çıxış imkanı veriblər. Şirkət artıq bu hadisədə əli olan bütün əməkdaşları işdən azad edib və məlumatları sızmış ola biləcək müştəriləri bu barədə məlumatlandırıb.
         Həmçinin bildirilir ki, Coinbase hakerin müştəri məlumatlarını açıqlamamaq müqabilində tələb etdiyi 20 milyon dollarlıq təzminatı ödəməkdən imtina edib. Bunun əvəzinə şirkət hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və cinayətkarların həbsinə aparacaq məlumatı təqdim edən şəxslərə ödənilməsi üçün 20 milyon dollarlıq fond yaradıb. Coinbase eyni zamanda təhlükəsizlik tədbirlərini gücləndirib. Potensial fırıldaqçılıq fəaliyyətlərini izləyən nəzarət sistemi tətbiq olunub. Şirkət bildirib ki, hakerlər tərəfindən aldadılaraq vəsaitlərini köçürməyə məcbur edilən müştərilərə kompensasiya ödəniləcək.
    Mənbə: Techspot
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Steam istifadəçilərinin məlumatlarının sızdırılması məlumatı rəsmi şəkildə təkzib edilib
    steam-istifadecilerinin-melumatlarinin-sizdirilmasi-melumati-resmi-sekilde-tekzib-edilib
    89 milyon Steam istifadəçisinin məlumatları oğurlanmış ola bilər
    89-milyon-steam-istifadecisinin-melumatlari-ogurlanmis-ola-biler
    Məhkəmə iddiasına baxmayaraq Pegasus casus tətbiqi vasitəsilə Whatsapp istifadəçiləri izlənilib
    mehkeme-iddiasina-baxmayaraq-pegasus-casus-tetbiqi-vasitesile-whatsapp-istifadecileri-izlenilib
    Nissan Leaf hakerlərin əllərində əsl oyuncağa çevrilib (VİDEO)
    nissan-leaf-hakerlerin-ellerinde-esl-oyuncaga-cevrilib
    Virus ilk dəfə birbaşa prosessora inteqrasiya edilib
    virus-ilk-defe-birbasa-prosessora-inteqrasiya-edilib