
Google hakerlərə qarşı kiberhücumlar keçirtməyə başlayacaq
Təhlükəsizlik
29.08.2025
Emil Nəcəfov
Google kiberhücumlardan özünü və bəlkə də digər ABŞ təşkilatlarını qorumaqda daha aktiv mövqe tutmağı planlaşdırır - şirkətdə ehtimal edirlər ki, o, rəqəmsal müstəvidə hücum edən tərəfin rolunu da öz üzərinə götürə bilər. Yaxın aylarda Google kibercinayətkarlarla mübarizə üçün “aktiv qarşıdurma qrupu” yaratmağı planlaşdırır, bunu Google Threat Intelligence Group bölməsinin vitse-prezidenti Sandra Joyce bildirib. “Biz Google Threat Intelligence Group olaraq müəyyən kampaniyaların və ya əməliyyatların qarşısını faktiki şəkildə almaq imkanlarını proaktiv şəkildə müəyyənləşdirməklə məşğuluq. Əgər vəziyyəti dərhal dəyişmək istəyiriksə, reaktiv mövqedən proaktiv mövqeyə keçməli olacağıq” - deyə o, mövzuya həsr olunmuş tədbirdə bəyan edib. Tədbirdən sonra isə “Qarşı hücum etmək, ya etməmək? Bax, məsələ burasındadır... yoxsa deyilmi?” adlı hesabat dərc olunub.

Sənəddə ABŞ hakimiyyət orqanlarının özəl şirkətlərə hücum xarakterli kiberhücumlar həyata keçirməyə icazə verib-verməməli olduğu, rəqəmsal müstəvidən kənar təsirin rəqibləri səmərəli şəkildə cilovlaya bilib-bilməyəcəyi və ya resursların kibermüdafiə vasitələrinin təkmilləşdirilməsinə yönəldilməsinin daha məqsədəuyğun olub-olmaması kimi ideyalar müzakirə olunur. İyul ayında ABŞ Konqresi “Big Beautiful Bill” adlı qanun layihəsini qəbul edib. Bu sənəd, o cümlədən, hücum xarakterli kiber əməliyyatlar üçün 1 milyard dolların ayrılmasını nəzərdə tutur. Bu, Google kimi şirkətlərin dərhal hansısa resursları sındırmağa başlayacağı demək deyil, lakin ABŞ siyasətinin bu mövzuda gələcək istiqamətini əks etdirir - ən azı hazırkı prezident administrasiyası tərəfindən.

Avqustun 15-də isə “2025-ci il üçün fırıldaqçı fermalara qarşı kapitanlıq şəhadətnamələri və repressiyalar haqqında qanun layihəsi” təqdim olunub. Bu layihə dövlət başçısına “Birləşmiş Ştatlara qarşı aqressiya aktı törətmiş cinayətkar təşkilat üzvü və ya kibercinayətlərdə iştirak edən hər hansı şəxs və ya onunla əlaqəli təşkilata qarşı kapitanlıq şəhadətnamələri və repressiyalar vermək” səlahiyyəti verir. Yelkənli donanma dövründə kapitanlıq şəhadətnamələri dövlət adından özəl gəmilərə quldur üsulları ilə fəaliyyət göstərməyə icazə verən sənədlər idi. Repressiyalar isə bir dövlətin digər dövlətin qanunsuz hərəkətlərinə cavab olaraq tətbiq etdiyi siyasi və ya iqtisadi xarakterli məcburi tədbirlər idi - indi bu tədbirlər sanksiyalar adlanır. Beləliklə, ABŞ hakimiyyəti siqnal verir ki, başqa ölkələrin kibercinayətkarlarının ABŞ təşkilatlarına hücum etmək istəyini boğmaq üçün ən sərt tədbirlərə hazırdır. Hələlik təşəbbüs konkret forma almayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google-un süni intellekt agenti müstəqil şəkildə Chrome brauzerində boşluq aşkar edib

Google-un süni intellekt agenti müstəqil şəkildə Chrome brauzerində boşluq aşkar edib
Chrome brauzerinin növbəti təhlükəsizlik yeniləməsində Google süni intellekt əsaslı müstəqil alət - Google Big Sleep tərəfindən aşkarlanmış kritik boşluğu (CVE-2025-9478) aradan qaldırıb.
Google süni intellekt əsaslı Vids adlı video redaktorunu hamı üçün istifadəyə verib

Google süni intellekt əsaslı Vids adlı video redaktorunu hamı üçün istifadəyə verib
Google süni intellekt əsaslı video redaktoru Vids-in pulsuz versiyasını istifadəyə verib. Əvvəllər bu alət yalnız Google Workspace abunəçilərinə və xüsusi süni intellekt tariflərində əlçatan idi, lakin indi bütün istifadəçilər onun əsas versiyasından yararlana biləcəklər.
Claude süni intellekt çat-botu haker tərəfindən dələduzluq kampaniyasında istifadə edilib

Claude süni intellekt çat-botu haker tərəfindən dələduzluq kampaniyasında istifadə edilib
Anthropic şirkəti misilsiz bir haker hücumunun detalları barədə məlumat yayıb. Bu hücumda cinayətkar onun süni intellekt assistentindən istifadə edərək, məlumat oğurluğu və şantaj məqsədi ilə genişmiqyaslı kampaniyanı tam avtomatlaşdırıb.
İlk süni intellekt əsaslı virus aşkar edilib

İlk süni intellekt əsaslı virus aşkar edilib
Eset şirkəti ehtimal ki, dünyada ilk dəfə olaraq daxili süni intellekt əsaslı dil modeli ilə işləyən şantajçı proqram təminatını aşkarlayıb.
ABŞ-da oğurlanmış Lamborghini Huracan ChatGPT və Google vasitəsilə tapılıb

ABŞ-da oğurlanmış Lamborghini Huracan ChatGPT və Google vasitəsilə tapılıb
ABŞ-da təxminən 2 il əvvəl oğurlanmış Lamborghini Huracan geri qaytarılıb. Kaliforniyaya məxsus avtomobil Denverdə süni intellektin köməyi ilə tapılıb.
Həftənin xəbərləri

