main-post-cover

    ABŞ-da oğurlanmış Lamborghini Huracan ChatGPT və Google vasitəsilə tapılıb

    Nəqliyyat
    27.08.2025
    Emil Nəcəfov
         ABŞ-da təxminən 2 il əvvəl oğurlanmış Lamborghini Huracan geri qaytarılıb. Kaliforniyaya məxsus avtomobil Denverdə süni intellektin köməyi ilə tapılıb: sahibi idman maşınının yerini Instagram-dakı şəkillərə əsasən müəyyən etmək üçün ChatGPT Google-dan istifadə edib. Kaliforniyanın Orinj dairəsindən olan Andrew Garcia öz Huracan-ını lüks avtomobillərin oğurluğu üzrə böyük bir sxem nəticəsində itirmişdi. Dələduzlar avtomobilləri icarəyə götürüb geri qaytarmır, sənədləri saxtalaşdıraraq texnikanı yenidən satırdılar. Bu sxemin qurbanı ümumilikdə 20-yə yaxın idman və off-road avtomobilinin sahibi olub. Digər zərərçəkmişlərin əksəriyyəti sonradan avtomobillərini geri qaytara bilsələr də, Lamborghini axtarışda qalırdı.
         Nəhayət, sahibinə Instagram-da mesaj göndərildi. Mesajda Garcia-nın əlaqə məlumatlarını avtomobildə tapdıqları və Huracan-ın satılıb-satılmadığını soruşduqları yazılmışdı. Mesaja maşının yeni çəkilmiş şəkilləri də əlavə olunmuşdu. Garcia araşdırmanı özü aparmağa qərar verdi. O, şəkilləri ChatGPT-ə yüklədi, Google alətləri ilə birgə istifadə etdi və avtomobilin yerini müəyyənləşdirmək üçün kifayət qədər məlumat toplamağı bacardı. İz Denverə gətirdi və polis bunu təsdiqlədi: bu, həqiqətən də onun Huracan-ıdır. Kolorado polisi sahibinə təşəbbüskarlığına görə təşəkkür etdi. Auto Theft Prevention Authority nümayəndəsi Cale Gould qeyd edib: “Məlumatlarla bu cür proaktiv iş oğurlanmış avtomobillərin tapılmasında böyük köməkdir”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Gemini-yə fotoların redaktəsi funksiyası əlavə olunub
    google-gemini-ye-fotolarin-redaktesi-funksiyasi-elave-olunub
    ChatGPT 16 yaşlı yeniyetmənin intiharında günahlandırılır
    chatgpt-16-yasli-yeniyetmenin-intiharinda-gunahlandirilir
    Böyük Britaniyada vətəndaşlar ChatGPT-nin ödənişli versiyası ilə təmin oluna bilərlər
    boyuk-britaniyada-vetendaslar-chatgpt-nin-odenisli-versiyasi-ile-temin-oluna-bilerler
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib
    google-play-den-umumilikde-19-milyon-defe-yuklenmis-77-zererli-tetbiq-silinib
    Google Android-də təsdiqlənməmiş tərtibatçıların tətbiqlərini qadağan edəcək
    google-android-de-tesdiqlenmemis-tertibatcilarin-tetbiqlerini-qadagan-edecek