
iPhone istifadəçiləri internet dələduzlarına daha tez aldanırlar
Təhlükəsizlik
01.08.2025
Emil Nəcəfov
Kibertəhlükəsizlik sahəsində ixtisaslaşan Malwarebytes şirkəti genişmiqyaslı bir araşdırma aparıb və məlum olub ki, iPhone istifadəçiləri internetdə özlərini daha düşüncəsiz aparır və fırıldaqçılara daha tez aldanırlar - bu, Android istifadəçiləri ilə müqayisədə daha yüksək faizlə müşahidə olunub. Araşdırmada ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya və İsveçrədən 1300-dən çox nəfər iştirak edib. Nəticələrə əsasən iPhone sahiblərinin 53%-i onlayn fırıldaqçılığın qurbanı olduqlarını etiraf edib, Android istifadəçiləri arasında bu göstərici 48%-dir. Davranış risklərinə gəldikdə isə fərq daha da nəzərəçarpandır.

iPhone istifadəçilərinin 47%-i yalnız aşağı qiymətə görə tanımadıqları saytlardan alış-veriş edib, Android istifadəçilərində bu rəqəm 40% təşkil edir. Bundan əlavə iPhone istifadəçilərinin 41%-i endirim kodu almaq üçün sosial şəbəkələrdə satıcılara şəxsi mesaj yazıb, Android sahiblərində bu cəmi 33% olub. Ən diqqətçəkən fərqlərdən biri də təhlükəsizlik tədbirləri ilə bağlıdır. Yalnız 21% iPhone istifadəçisi smartfonuna əlavə antivirus proqramı quraşdırmağa qərar verib, Android istifadəçiləri arasında bu göstərici 29%-dir.
Əsas təhlükəsizlik tədbirlərinə gəldikdə - məsələn, unikal şifrələrdən istifadə - bu sahədə də iPhone sahibləri geridə qalır: cəmi 35 % iPhone istifadəçisi müxtəlif hesablar üçün fərqli şifrələrdən istifadə etdiyini bildirib, Android istifadəçiləri arasında isə bu göstərici 41% təşkil edir. Malwarebytes hesab edir ki, problem cihazların özündə deyil, Apple brendinin istifadəçilərdə yaratdığı həddindən artıq güvən hissəsindədir. Araşdırmaya əsasən, iPhone sahiblərinin 55%-i öz smartfonlarını təhdidlərə qarşı toxunulmaz hesab edir. Tədqiqatçılar üçün əsas nəticə budur: təhlükəsizlik təkcə əməliyyat sistemindən yox, ilk növbədə istifadəçinin davranışından asılıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple 3 milyardıncı iPhone-nunu satıb

Apple 3 milyardıncı iPhone-nunu satıb
Apple əlamətdar bir mərhələyə çatdığını qeyd edib: 2007-ci ildə ilk iPhone təqdim olunduqdan bəri şirkət ümumilikdə 3 milyard smartfon satıb.v
Ekspert Safari-də aşkar etdiyi ciddi boşluğa görə Apple-dan cəmi 1000$ mükafat alıb

Ekspert Safari-də aşkar etdiyi ciddi boşluğa görə Apple-dan cəmi 1000$ mükafat alıb
Apple kibertəhlükəsizlik sahəsindəki mütəxəssisləri məhsullarında boşluqları tapmağa və bu barədə məlumat verməyə təşviq edir - mükafat məbləği 2 milyon dollara qədər ola bilər.
Bütün iPhone 17 modellərinin müxtəlif rənglərdə fotoları təqdim edilib

Bütün iPhone 17 modellərinin müxtəlif rənglərdə fotoları təqdim edilib
İPhone 17 seriyası ilə bağlı məlumat sızıntıları demək olar ki, hər gün baş verir. Bu gün də istisna deyil.
macOS-da istifadəçi məlumatlarını oğurlamağa imkan vermiş boşluq aşkar edilib

macOS-da istifadəçi məlumatlarını oğurlamağa imkan vermiş boşluq aşkar edilib
Microsoft Threat Intelligence mütəxəssisləri macOS sisteminə inteqrasiya olunmuş Spotlight axtarış funksiyasında boşluq aşkar ediblər. Bu boşluq, hakerlərin istifadəçilərin məxfi məlumatlarına çıxış əldə etmələrinə imkan verirdi.
Dələduzlar süni intellekt vasitəsilə pul vəsaitlərini oğurlaya biləcəklər

Dələduzlar süni intellekt vasitəsilə pul vəsaitlərini oğurlaya biləcəklər
Süni intellekt sistemlərinin yaradıcıları onların qeyri-qanuni məqsədlərlə istifadəsi məsələsindən narahatdırlar və OpenAI-ın rəhbəri Sam Altman da istisna deyil.
Həftənin xəbərləri

