main-post-cover

    macOS-da istifadəçi məlumatlarını oğurlamağa imkan vermiş boşluq aşkar edilib

    Təhlükəsizlik
    29.07.2025
    Emil Nəcəfov
         Microsoft Threat Intelligence mütəxəssisləri macOS sisteminə inteqrasiya olunmuş Spotlight axtarış funksiyasında boşluq aşkar ediblər. Bu boşluq, hakerlərin istifadəçilərin məxfi məlumatlarına çıxış əldə etmələrinə imkan verirdi. Şirkət mütəxəssisləri bu hücum metodunu Sploitlight adlandırıblar, çünki o, Apple-ın müdafiə mexanizmlərini aşmaq üçün Spotlight plaginlərindən istifadə edir. Məlumata görə, problem TCC (Transparency, Consent, and Control) adlı sistemin - yəni tətbiqlərin şəxsi məlumatlara çıxışını idarə edən mexanizmin - yan keçilməsi imkanında idi.
         Boşluq, hakerlərə növbəti məlumatları əldə etməyə imkan verirdi: keşlənmiş məlumatlar, dəqiq geolokasiya, foto və video faylların metadatası, media kitabxanasındakı üz tanıma məlumatları, axtarış tarixçəsi, e-poçtların süni intellekt xülasələri və istifadəçi parametrləri. Apple hər nə qədər Spotlight plaginlərini "sandbox" rejimində təcrid etsə və onların qorunan fayllara çıxışını məhdudlaşdırsa da, Microsoft tədqiqatçıları Spotlight tərəfindən indeksasiya üçün istifadə edilən tətbiqlər toplusunu dəyişdirərək qorunan faylların məzmununu əldə etməyin yolunu tapıblar.
         Microsoft aşkarlanmış boşluq barədə Apple-ı dərhal məlumatlandırıb və tərtibatçılar bu problemi 31 mart tarixində buraxılmış macOS Sequoia 15.4iOSmaiyyətə açıqlanmadan əvvəl ar18.4 yeniləmələrində aradan qaldırıblar. Şirkətlərin məlumatına görə, bu boşluq real hücumlarda istifadə olunmayıb, çünki problem ictiadan qaldırılıb. Apple yeniləmə sənədlərində bildirir ki, boşluq məlumatların daha yaxşı filtrdən keçirilməsi yolu ilə aradan qaldırılıb. Bundan əlavə, Apple Microsoft tərəfindən aşkar edilmiş daha iki boşluğu da düzəldib. Bu boşluqlardan biri simvolik keçidlərin yoxlanılması, digəri isə sistem vəziyyətinin idarə olunması ilə bağlı olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Dələduzlar süni intellekt vasitəsilə pul vəsaitlərini oğurlaya biləcəklər
    deleduzlar-suni-intellekt-vasitesile-pul-vesaitlerini-ogurlaya-bilecekler
    Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər
    boyuk-texnoloji-sirketler-ilin-evvelinden-100-000-den-cox-iscini-ixtisar-edibler
    Microsoft Sharepoint serverlərinə kiberhücum 2025-ci ilin ən böyüyü ola bilər
    microsoft-sharepoint-serverlerine-kiberhucum-2025-ci-ilin-en-boyuyu-ola-biler
    Çinli hakerlər ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə daxil olublar
    cinli-hakerler-abs-milli-nuve-tehlukesizliyi-idaresine-daxil-olublar
    Microsoft Google DeepMind-ın 20-dən çox süni intellekt mütəxəssisini özünə cəlb edib
    microsoft-google-deepmind-in-20-den-cox-suni-intellekt-mutexessisini-ozune-celb-edib