main-post-cover

    Kibercinayətkarların 2023-cü ildə nə qədər pul ələ keçirdikləri məlum olub!

    Təhlükəsizlik
    09.10.2024
    Farid Pardashunas

         Təəssüf ki, kiberdələduzlar insanların böyük zəhmətlə qazandığı pullara göz dikməyə və ağla gəlməyən üsulları sınamağa davam edirlər. Birləşmiş Millətlər tərəfindən paylaşılan son hesabat isə bu vəziyyətin ciddiliyini bir daha ortaya qoyur.

         Birləşmiş Millətlərin hesabatı, kibercinayətkar şəbəkələrin 2023-cü ildə təxminən 37 milyard dollarlıq gəlir əldə etdiyini göstərir. Xüsusilə son dövrlərdə bu cür şəbəkələrin Cənub-Şərqi Asiyada fəaliyyətlərini olduqca artırdığı vurğulanıb. Hətta mövzuyla bağlı bu ifadələr işlədilib: "Cənub-Şərqi Asiyadakı transmilli təşkil olunmuş cinayət təhlükəsi mühiti heç bir dövrdə olmadığı qədər sürətlə inkişaf edir".
         Bu bölgədəki kibercinayətkar şəbəkələrin Myanma, KambocaLaos kimi ölkələri bir mərkəz halına gətirdiyinə diqqət çəkilib. Bununla yanaşı, pandemiyadan sonra romantik investisiya dələduzluğu, kriptovalyuta fırıldaqları, çirkli pulların yuyulması və qeyri-qanuni qumar fəaliyyətlərinin bu bölgələrdə yayılması qeyd olunub.
         Təəssüf ki, bunlarla məhdudlaşmır. Hesabatda, cinayətkarların insanları aldatma metodlarına zərərli proqram təminatı, süni intellekt və deepfake kimi texnologiyaları da daxil etdikləri qeyd olunub. Hesabatdakı digər bir ifadə isə belədir: "Bölgənin sürətlə artan qeyri-qanuni fəaliyyətlərindən əldə edilən gəlirin həcmi, çirkli pulların yuyulması fəaliyyətlərinin peşəkarlıqla icra olunmasını və yenilənməsini tələb edib və Cənub-Şərqi Asiyadakı transmilli cinayət qrupları qlobal bazar liderləri kimi ortaya çıxıb".
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kia avtomobillərində hətta uzaqdan telefonla da idarə oluna biləcək təhlükəsizlik zəifliyi aşkar edilib!
    kia-avtomobillerinde-hetta-uzaqdan-telefonla-da-idare-oluna-bilecek-tehlukesizlik-zeifliyi-askar-edilib
    ChatGPT-nin yaddaşına saxta məlumatlar daxil etməklə istifadəçi məlumatlarını oğurlamaq olar
    chatgpt-nin-yaddasina-saxta-melumatlar-daxil-etmekle-istifadeci-melumatlarini-ogurlamaq-olar
    OpenAI-nin sosial media hesabı sındırılaraq saxta paylaşımlar edilib!
    openai-nin-sosial-media-hesabi-sindirilaraq-saxta-paylasimlar-edilib
    1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
    12-milyon-telefona-sizan-kiber-sebeke-mehv-edilib
    İsrail, Hizbullaha aid minlərlə elektron cihazı uzaqdan sındıraraq partladıb! (VİDEO)
    israil-hizbullaha-aid-minlerle-elektron-cihazi-uzaqdan-sindiraraq-partladib-video