
Şimali Koreya hakerləri 2025-ci ilin əvvəlindən 2 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar
Təhlükəsizlik
08.10.2025
Emil Nəcəfov
Elliptic mütəxəssislərinin hesablamalarına görə, bu ilin əvvəlindən Şimali Koreyadan olan hakerlər ümumilikdə 2 milyard dollardan çox dəyərində kriptovalyuta aktivlərini ələ keçiriblər - bu, Şimali Koreya kibercinayətkarları üçün rekord göstəricidir. Ümumi məbləğ isə artıq 6 milyard dolları keçib. Fevral ayında onlar tarixdəki ən böyük kriptovalyuta oğurluğunu həyata keçiriblər - Bybit birjasından 1.4 milyard dollardan çox vəsaiti mənimsəyiblər. Hakerlər rəqəmsal pulqabı provayderinin sisteminə daxil olaraq, Bybit birjasının “soyuq” pulqabısından 400 000 ədəd ethereum tokenini köçürüblər.

Platforma rəhbərliyinin məlumatına görə, bu vəsaitlərin təxminən 68%-i izlənilə bilib, bu isə o deməkdir ki, cinayətkarlar əldə etdikləri pulların yalnız bir hissəsini nağdlaşdıra biliblər. Bu il Şimali Koreya hakerləri LND.fi, WOO X və Seedify platformalarına da hücumlar həyata keçiriblər - ümumilikdə təxminən 30 hadisə qeydə alınıb. Chainalysis ekspertlərinin məlumatına görə, ilin əvvəlindən bəri Şimali Koreyadan olan kibercinayətkarlar ümumilikdə 2.17 milyard dollar məbləğində aktivlər ələ keçiriblər. Elliptic və Chainalysis blokçeyn izləmə xidmətləri təqdim edir və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək onlara qanunsuz tranzaksiyaların qarşısını almaqda kömək edirlər.

Analitiklər xəbərdarlıq edirlər ki, hakerlər təkcə kriptovalyuta birjalarına və blokçeyn şirkətlərinə deyil, həm də varlı şəxslərə hücumlar həyata keçirə bilərlər. Kibercinayətkarlar, xüsusən də sosial mühəndislik metodlarından və fişinq hücumlarından istifadə edərək, qurbanları aldadıb zərərli proqram təminatını quraşdırmağa məcbur edirlər. Chainalysis-in hesablamalarına görə, kriptovalyuta ilə bağlı cinayətlər arasında fərdi şəxslərə yönəlmiş oğurluqların payı artıb və ilin əvvəlindən etibarən bu göstərici 23.35%-ə çatıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hakerlər Huawei-nin konfidensial məlumatlarını əldə etdiklərini bildiriblər

Hakerlər Huawei-nin konfidensial məlumatlarını əldə etdiklərini bildiriblər
Kibercinayətkarlar Huawei şirkətinin daxili repozitoriyalarını sındırdıqlarını və oradan guya məxfi mənbə kodlarını və tərtibat vasitələrini ələ keçirdiklərini bildiriblər. Sızmanın baş verdiyi hələlik təsdiqlənməyib, lakin hakerlərin iddiaları doğru olarsa, bu, şirkət və onun dünyanın müxtəlif ölkələrindəki müştəriləri üçün ciddi risklər yarada bilər.
Fransada Apple istifadəçilərinin Siri üzərindən dinlənilməsi barəsində istintaqa start verilib

Fransada Apple istifadəçilərinin Siri üzərindən dinlənilməsi barəsində istintaqa start verilib
Fransada Apple şirkətinin fəaliyyəti ilə bağlı cinayət işi açılıb. Şirkət, məxfilik prinsiplərinə riayət edəcəyinə dair vədlərinə baxmayaraq, istifadəçilərin Siri ilə səsli qarşılıqlı əlaqələrinin yazılarını dinləmək üçün podratçılardan istifadə etməkdə ittiham olunur.
Hakerlər bəzi Discord istifadəçilərinin məlumatlarını oğurlayıblar

Hakerlər bəzi Discord istifadəçilərinin məlumatlarını oğurlayıblar
Discord platforması bəzi istifadəçilərin məlumatlarının sızması barədə məlumat yayıb. Hadisə, şirkətin platformada məzmun moderasiyası və texniki dəstək xidmətləri göstərən tərəfdaşlarından birinə edilmiş haker hücumu nəticəsində baş verib.
Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib

Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib
Google şirkəti masaüstü kompüterlər üçün bulud yaddaş xidməti olan Google Drive-da yeni ransomware-dən (şantajçı proqram təminatları) qoruma sistemini təqdim edib.
1 il ərzində kriptovalyuta milyonerlərinin sayı 40% artıb

1 il ərzində kriptovalyuta milyonerlərinin sayı 40% artıb
CoinDesk-in konsaltinq şirkəti Henley & Partners-in hesabatına istinadən verdiyi məlumata görə, son 1 ildə dünyada kriptovalyuta milyonçularının sayı 40% artaraq 241 700 nəfərə çatıb.
Həftənin xəbərləri

