main-post-cover

    11-ci nəsil adi iPad təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.03.2025
    Emil Nəcəfov
         Apple yeni iPad Air ilə yanaşı 11-ci nəsil iPad planşetini də təqdim edib. Yenilənmiş iPad planşeti 60 Hz-lik təsvir yenilənməsinə sahib 2360x1640 piksel keyfiyyətli 11 düym ölçülü ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təkil edir. Planşet A16 Bionic prosessoru vasitəsilə çalışır. Şirkətin sözlərinə əsasən sözügedən prosessor A15 Bionic-dən 30%, A13 Bionic-dən isə 50% daha sürətlidir.
         Bununla belə yenilənmiş adi iPad planşeti Apple Intelligence ekosisteminin dəstəyini əldə etməyib. Yeni iPad modeli 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Planşet özündə 12 MP-lik arxa kameranı və 12 MP-lik ön kameranı birləşdirir. Onun yandırıb/söndürmə düyməsinə isə Touch ID texnologiyası inteqrasiya edilib. Yenilənmiş adi iPad modeli 12 mart tarixində satışa çıxacaq. Onun qiyməti 349$-dan start götürəcək.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPad Air 2025 planşeti təqdim edilib - QİYMƏTİ
    ipad-air-2025-planseti-teqdim-edilib-qiymeti
    Apple bu həftə yeni MacBook Air noutbuklarını təqdim edəcək
    apple-bu-hefte-yeni-macbook-air-noutbuklarini-teqdim-edecek
    Apple Siri-yə süni zəkanın inteqrasiyasında problemlərlə qarşılaşıb
    apple-siri-ye-suni-zekanin-inteqrasiyasinda-problemlerle-qarsilasib
    Yeni fotolar iPhone 17 Pro modellərindəki dizayn dəyişikliyini əks etdirirlər
    yeni-fotolar-iphone-17-pro-modellerindeki-dizayn-deyisikliyini-eks-etdirirler
    iPhone 16e-nin batareya həcmi müəyyən edilib
    iphone-16e-nin-batareya-hecmi-mueyyen-edilib