main-post-cover

    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.02.2025
    Emil Nəcəfov
         Huawei şirkəti öz ilk 3 qat qatlana bilən smartfonu olan Mate XT ULTIMATE DESIGN-ı keçən ilin sentyabr ayında Çində təqdim etmişdi. İndi isə sözügedən smartfonun qlobal versiyası təqdim edilib. Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası texniki imkanlar baxımından Çində satılan versiyadan heç də fərqlənmir. Beləliklə Huawei Mate XT ULTIMATE DESIGN smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 3184x2232 piksel keyfiyyətli 10.2 düym ölçülü LTPO OLED ekranla təchiz olunub.
         Smartfonun tam qatlanmış vəziyyətində istifadəçi 6.4 düym ölçülü ekranı əldə edir. Smartfonun tam açıq vəziyyətdə qalınlığı 3.6 mm təşkil edir. Onu həm tam şəkildə həm də yarı şəkildə açmaq mümkündür. Smartfonun hansı prosessor vasitəsilə çalışdığı məlum deyil. Lakin çox güman ki, söhbət, Kirin 9010 prosessorundan gedir. Şirkət bildirib ki, Huawei Mate XT ULTIMATE DESIGN-ın qlobal versiyası 16 GB RAM 1 TB daxili yaddaş həcmi ilə təchiz olunub.
         Kameralar mövzusunda smartfon 50 MP + 12 MP + 12 MP üçlü arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub və o üstəlik 50 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Qlobal versiya yaxın günlərdə satışa çıxacaq. Onun qiyməti isə 3499 avro təşkil edəcək.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Statistika: Alıcıların çoxu premium smartfonlara üstünlük verməyə başlayıb
    statistika-alicilarin-coxu-premium-smartfonlara-ustunluk-vermeye-baslayib
    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN smartfonunun qlobal versiyasının təqdimatı anons edilib
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-smartfonunun-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Huawei avtomobillər üçün AR proyeksiya ekranı texnologiyasını təqdim edib
    huawei-avtomobiller-ucun-ar-proyeksiya-ekrani-texnologiyasini-teqdim-edib
    Huawei şirkəti Pura 80 Ultra smartfonu ilə mobil çəkilişdə nömrə 1 olmağa hədəflənib
    huawei-sirketi-pura-80-ultra-smartfonu-ile-mobil-cekilisde-nomre-1-olmaga-hedeflenib
    ABŞ sanksiyalarından sonra Huawei ilk dəfə Çin smartfon bazarında liderliyini geri qaytarıb
    abs-sanksiyalarindan-sonra-huawei-ilk-defe-cin-smartfon-bazarinda-liderliyini-geri-qaytarib